Yuxarı

Fransa musiqisevərləri azərbaycanlı cazmenə heyran qalıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransa musiqisevərləri azərbaycanlı cazmenə heyran qalıb

Fevralın 11-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində fransız musiqi sevərlərinə yaxşı tanış olan Montrö beynəlxalq caz festivalının laureatı, Azərbaycanın Əməkdar Artisti Şahin Növrəslinin solo konserti təşkil edilib.

Konsert Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.

Səfir Elçin Əmirbəyov tədbirdə çıxış edərək, ölkəmizdə caz musiqisinin populyar olduğunu, onun son illər inkişaf etdiyini, 1960-cı illərdə cazın Azərbaycan xalqının ənənəvi musiqisi olan və UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən muğamla sintez edilərək yeni caz-muğam musiqi janrının yarandığını diqqətə çatdıraraq bu sahədə Vaqif Mustafazadə, Rafiq Babayev və digər istedadlı bəstəkar - ifaçıların yetişdiyini vurğulayıb.

Virtuaz ifaçı Şahin Növrəslini Azərbaycan cazının yeni nəslinin istedadlı nümayəndəsi kimi dəyərləndirən səfir, onun müxtəlif beynəlxalq caz festivallarında ölkəmizi layiqincə təmsil etdiyini, bu yaxınlarda "Bayatı" albomunu buraxdığını xatırladıb və Fransada dəfələrlə çıxış etdiyini bildirib.

Ş. Növrəsli konsertdə Azərbaycan və Avropa cazmenlərinin əsərləri ilə yanaşı, özünün bəstələdiyi musiqi parçalarını da ifa edib.

Konsertdə fransız ictimaiyyətinin nümayəndələri, tanınmış mədəniyyət xadimləri, incəsənət ustaları, Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin əməkdaşları, diaspora təmsilçiləri və azərbaycanlı tələbələr iştirak edib.

Qonaqlara Azərbaycan musiqisi ilə bağlı Heydər Əliyev Fondu tərəfindən nəşr edilən broşürlar təqdim edilib.

Xatırladaq ki, fevralın 8-də Şahin Növrəsli Parisin caz klubunda solo konserti ilə çıxış edib (AzerTac).

Tarix
2014.02.12 / 08:45
Müəllif
Axar.az
Digər xəbərlər

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla