Yuxarı

Ramiz Mehdiyev gənclərə səsləndi - Status

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramiz Mehdiyev gənclərə səsləndi - Status

"Gənclər dövlətimizin avanqardına çevrilməlidir".

"Axar.az" xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev sosial şəbəkəsindəki statusunda paylaşıb.

O qeyd edib ki, müasir dünyada çox sürətli dəyişikliklər baş verir və qlobal siyasət mübarizə səhnəsinə çevrilir.

R.Mehdiyevin sözlərinə görə, belə bir şəraitdə milli maraqların qorunması hər bir azərbaycanlı gəncin həyat amalı olmalıdır:

"Bu baxımdan Azərbaycan gəncləri daim bilik və bacarıqlarını yüksəltməlidirlər. Vətənə, dövlətçiliyə bağlı, cəmiyyətə fayda verən, müasir dünyagörüşlü gənc peşəkarlar hər bir sahədə müstəqil dövlətimizin intellektual elitasını formalaşdırmalı, onun avanqardına çevrilməlidir".

Administrasiya rəhbəri əlavə edib ki, son 5 ildə dövlət qulluğuna qəbul edilən şəxslərin 81%-ni gənclər təşkil edir:

"Onlar bacarığı, intellekti, elmi və əzmkarlığı ilə müstəqil dövlətimizin daha da güclənməsinə öz töhfələrini verirlər. Gənclərimizə böyük ümidlərlə baxır, dolğun və maraqlı həyat yolu müəyyənləşdirməkdə uğurlar arzulayıram".

Tarix
2014.02.12 / 17:23
Müəllif
Hüseyn
Digər xəbərlər

Yermek Koşerbayev Azərbaycana səfər edəcək

İrandan bəyanat: Naxçıvana PUA zərbəsi...

Bakı ilə Tiflis arasında əlaqələrin intensivliyi getdikcə artır

İranın qisas günü çatdı: ABŞ qarşısını almaq üçün sabah...

Hindistanın Bakıya “qəfil sevgisinin” səbəbləri...

İlham Əliyev Möhsün Şəntürkü qəbul etdi

Rəsmi Bakı BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu qınadı

İlham Əliyev bütün manipulyasiyalara son qoydu - Maxaşvili

Ukrayna əraziləri geri qaytarır, Rusiya zəifləyir...

İranın ABŞ-a qardaş olmasının sübutları - Şok faktlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla