Yuxarı

Ziya Məmmədov bolqar naziri qəbul edib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ziya Məmmədov bolqar naziri qəbul edib

Nəqliyyat naziri Ziya Məmmədov Bolqarıstanın iqtisadiyyat və energetika naziri Draqomir Stonyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Axar.az" Nəqliyyat Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, görüş zamanı Z.Məmmədov son illər Azərbaycan iqtisadiyyatının inkişafından, irimiqyaslı islahatların həyata keçirilməsindən, beynəlxalq inteqrasiyada əldə edilən irəliləyişlərdən, o cümlədən Azərbaycanın yol-nəqliyyat sektorundakı yeniliklərdən, görülən işlərdən, həmçinin həyata keçirilən iri regional layihələrdən danışıb.

Nəqliyyatın Azərbaycan iqtisadiyyatında prioritet sahələrdən biri olduğunu deyən nazir bu sahəyə dövlət səviyyəsində xüsusi diqqət yetirildiyini vurğulayıb. Nəqliyyat sektorunu əhatə edən sahələr - dəmiryol, avtomobil nəqliyyatı və avtomobil yolları barədə ətraflı məlumat verən Z.Məmmədov bu istiqamətdə Bolqarıstanla əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruri olduğunu və bu əməkdaşlığın həm Azərbaycanın, həm də Bolqarıstanın nəqliyyat infrastrukturunun inkişafına xidmət etdiyini vurğulayıb.

Öz növbəsində, Azərbaycanda nəqliyyat sektorunda əldə edilən uğurlardan, reallaşdırılan iri layihələrdən xəbərdar olduqlarını vurğulayan D.Stonyev iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu qeyd edib.

Görüşdə, eyni zamanda, iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlıq imkanları, perspektiv layihələr və görülən işlər, həmçinin iki ölkə arasında nəqliyyat sahəsində normativ-hüquqi bazanın yaradılması məqsədilə müvafiq sazişlərin işlənib hazırlanması, Bolqarıstan şirkətlərinin Azərbaycanda nəqliyyat sahəsində həyata keçirilən layihələrdə iştirak imkanları məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2014.02.12 / 19:30
Müəllif
Axar.az
Digər xəbərlər

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla