Yuxarı

UEFA İrlandiyanın İsraillə bağlı tələbini rədd etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
UEFA İrlandiyanın İsraillə bağlı tələbini rədd etdi

UEFA İrlandiya və İsrail yığmalarının gələcək püşkatmalarda bir-biri ilə qarşılaşmaması ilə bağlı müraciəti rədd edib.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, UEFA milli komandaların püşkatmalarda bir-birindən ayrılması ilə bağlı qərarların hər bir hal üzrə ayrıca qəbul edildiyini və əsas meyarın təhlükəsizlik olduğunu açıqlayıb.

İrlandiya Futbol Assosiasiyasının baş icraçı direktoru Devid Kuell bildirib ki, qurum fevralda Millətlər Liqasının püşkatmasından sonra UEFA-ya müraciət edərək iki komandanın gələcək püşklərdə ayrılmasının mümkün olub-olmaması ilə bağlı sorğu ünvanlayıb. Qurum isə onların bu istəyini geri çevirib.

İsrail Futbol Assosiasiyası isə UEFA-ya belə bir rəsmi müraciətin edilib-edilmədiyini aydınlaşdırıb.

Qeyd edək ki, İrlandiya və İsrail sentyabrın 27-də və oktyabrın 4-də Millətlər Liqasında qarşılaşacaqlar. İlk oyun Macarıstanın Debretsen şəhərində, ikinci görüş isə Serbiyanın Baçka Topola şəhərində azarkeşsiz keçiriləcək.

Tarix
2026.09.20 / 00:45
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla