Yuxarı

MİT: “Onlar Azərbaycanda terror törətmək istəyir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
MİT: “Onlar Azərbaycanda terror törətmək istəyir”

Aralarında Rusiya vətəndaşı İsa Tupolovun da (əslən azərbaycanlıdır) olduğu terrorçu İŞİD qruplaşmasının 5 silahlısının fotosu Türkiyənin bütün təhlükəsizlik qurumlarına göndərilib.

Report-un məlumatına görə, onlardan biri cari ilin yanvarında İstanbulda Sultan Əhməd meydanında terror törədən Nabil Fadılın yaxın dostu 35 yaşlı Rəşid Alabdalah Algagandır. Digəri 32 yaşlı Abu Ayman At-Maghribindir. Onun ABŞ pasportu var, kod adı Darvan əl-Haymardır.

Dördüncü terrorçu-kamikadze Furkan Ürkməz yeniyetmə yaşındadır. O, 2015-ci ilin yayından öldürüldüyü ehtimal edilən İŞİD silahlısı Muhammed Ürkməzin qardaşıdır. Furkan Ürkməz bu il martın 6-da Suriyaya keçib.

Beşinci terrorçunun adı isə Hasan Hüseyn Uğurdur. O, "Vatsap"la "Şəhidlik sırası bizdə" mesajını paylaşıb.

Xəbərdə bildirilib ki, terrorçuların hamısı hazırda Suriya ərazisindədir. Məlumata görə, onlar Türkiyə və Azərbaycan ərazisində terror törətməyi planlaşdırırlar. İsa Tupolovun isə hazırda Suriyanın Rai şəhərində olduğu bildirilir.

Tarix
2016.04.01 / 11:59
Müəllif
Axar.az
Digər xəbərlər

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla