Yuxarı

Ermənistanla Belarus arasında Qarabağa görə - Gərginlik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanla Belarus arasında Qarabağa görə - Gərginlik

Bu gün Belarusun Ermənistandakı səfiri İqor Nazaruk Ermənistan Xarici İşlər Nazirliyinə dəvət edilib.
 
APA-nın Armenia Todaya istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. İ. Nazarukla görüşən Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan  Belarus Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağda baş verən hadisələrlə əlaqədar aprelin 2-də yayılan bəyanatının Ermənistan tərəfdə böyük çaşqınlıqla qarşıladığını bildirib. Ş. Köçəryan Belarus XİN-in bu bəyanatının Ermənistan-Belarus münasibətlərinin ruhuna uyğun olmadığını, tərəflərin Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatı və digər strukturlarda götürdüyü öhdəliklərin əksinə olduğunu, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsinə zərbə vurduğunu, münaqişənin güc yolu ilə həllinə həvəs yaratdığını iddia edib.
 
Qeyd edək ki, Belarus XİN-nin bəyanatında Dağlıq Qarabağda ağır silahların tətbiqi ilə aktiv hərbi əməliyyatların yenidən başlamasından ciddi narahatlıq ifadə olunub. Bəyanatda Belarusun ATƏT-in Minsk Qrupunun üzvü kimi münaqişənin sülh yolu ilə ümumi prinsip və beynəlxalq hüquq normaları, hər şeydən əvvəl ölkələrin suverenliyi və ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in qərarlarına uyğun həllinə tərəfdar olduğu vurğulanıb. Bəyanatda ərazi bütövlüyü prinsipinin xüsusi vurğulanması Ermənistanı narazı salıb. 

Tarix
2016.04.03 / 18:52
Müəllif
Axar.az
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla