Yuxarı

Düşmən yalvarır: “Hospitallar yaralılarla doludur…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Düşmən yalvarır: “Hospitallar yaralılarla doludur…”

Ermənistan hospitalları yaralılarla doludur. Dərmanlar çatışmır, nəqliyyat vasitələri yaralıları daşımaq üçün azlıq edir. Rəsmi məlumatda 18 ölü, 37 yaralı olduğu deyilir. Lakin reallıqda bu rəqəmlər çoxdur.

Publika.az xəbər verir ki, bu barədə "Armenianreport" saytının hazırladığı reportajda deyilir.

Reportajda deyilir ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağda vəziyyət acınacaqlıdır.

"Yaralıların gətirildiyi İrəvanda bir qadın hönkür-hönkür ağlayır, qışqırırdı. O, "Nə üçün?" deyə soruşur və "cəhənnəm olsun bu quldurlar, oğrular, mənim oğlumu öldürdülər" deyə qışqırırdı. O, Azərbaycanı deyil, hakimiyyəti nəzərdə tuturdu. Mən ağlayan qadından artıq heç nə soruşa bilmədim. O, elə hey, "Heyvanlar, əclaflar mənim oğlumu öldürdülər" deyə qışqırırdı", - reportajı hazırlayan erməni jurnalist Samvel Oqanesyan yazır.

Erməni jurnalist həmin qadının Maya adlı rəfiqəsindən baş verənlər haqda soruşur: "Rəfiqəsi deyir ki, onun oğlu şənbə günü səhər yaralanıb. Onu İrəvana hospitala gətiriblər. Hər şey yaxşı imiş, amma dərmanın yoxluğuna və həkimlərin səhlənkarlığına görə oğlan ölüb".

Jurnalist yazır ki, hazırda Ermənistan ordusunda özbaşınalıq hökm sürür: "Əsgərləri soyurlar, zorakılıq edirlər. Pullarını əllərindən alırlar. Heç silah atmağı belə öyrətmirlər. Bu da nəticəsi!"

Tarix
2016.04.04 / 16:28
Müəllif
Axar.az
Digər xəbərlər

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla