Yuxarı

Qarabağla bağlı beynəlxalq ekspert qrupu yaradılır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağla bağlı beynəlxalq ekspert qrupu yaradılır

"Sivilizasiyaların dialoqu" dünya ictimai forumu Dağlıq Qarabağda vəziyyətin kəskinləşməsi ilə əlaqədar münaqişənin yayılmasının qarşısını almaq yollarını araşdırmaq məqsədi ilə işçi ekspert qrupu yaradacaq.

Axar.az RİA-ya istinadən xəbər verir ki, ekspert qrupunda Rusiya, Azərbaycan, Ermənistan, Türkiyə və Livandan ekspertlərin təmsil olunması nəzərdə tutulub.

Qeyd edək ki, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.

Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-ədək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.

Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 15 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.

Aprelin 4-də Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib. Düşmənin çoxlu sayda hərbi qulluqçusu - polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib.

Tarix
2016.04.04 / 18:32
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla