Yuxarı

Ağdamda 3 kənd atəşə tutuldu: Yaralı var - Yeniləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağdamda 3 kənd atəşə tutuldu: Yaralı var - Yeniləndi

18:48

Erməni hərbi birləşmələri Ağdam rayonunun təmas xəttindəki kəndlərini yenidən ağır artilleriyalardan atəşə tutub.

Bu barədə Trend-ə Ağdam rayon İcra hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, bir neçə saatdır ki, erməni silahlı birləşmələri rayonun Xındırıstan, Qaradağlı və Üçoğlan kəndlərini atəşə tutublar. Kəndlər mərmi atəşinə tutulsa da, itkisiz ötüşüb: "Evlərə ziyan dəyməyib. Atılan mərmilər əhalinin əkin sahələrinə düşüb. Xoşbəxtlikdən insan itkisi, yaralanan yoxdur. Əkin sahələrinə ziyan dəyib".

İcra başçısı bildirib ki, Azərbaycan Silahlı Qüvvələri düşmənə lazımi səviyyədə cavab verir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri atəşkəs rejimin son saatlarda həmin istiqamətdə pozulması faktını təsdiq edib.

Qeyd edək ki, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar olub.

Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.

Ötən gün və gecə atəşkəsin pozulması nəticəsində daha 3 hərbi qulluqçumuz şəhid olub.

21:46

Erməni silahlı qüvvələri Ağdamın cəbhə xəttindən xeyli uzaqda yerləşən Üçoğlan kəndini reaktiv artilleriyadan və toplardan atəşə tutub.

APA-nın Qarabağ bürosunun əməkdaşının verdiyi xəbərə görə, atəş nəticəsində kənd sakinlərindən Bəxtiyar Bəhmən oğlu İbrahimovun evi tamamilə yanıb.

Kənd sakini Bəylər Köçəri oğlu Əkbərov və Ədalət Kamran oğlu Məhərrəmovun isə evlərinin dam örtüyü və həyətlərindəki tikililər isə dağılıb.

Hadisə nəticəsində Ədalət Məhərrəmovun bacısı qızı, 16 yaşlı Pakizə Məhərrəmli baş nayihəsindən yaralanıb. P. Məhərrəmli Ağdam Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.

Tarix
2016.04.04 / 21:46
Müəllif
Axar.az
Digər xəbərlər

Vilayəti erməni səfirlə görüşdü, TRIPP-a qarşı çıxdı

Böyük Britaniya elçisindən Azərbaycanla bağlı açıqlama

Ermənistanla bağlı bu addımları atacağıq - Ərdoğan

Hazırkı amnistiya 7-ci və ən böyüyüdür

Arakçının Bakı səfərindən sonra İranın Zəngəzur açıqlaması...

Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır

Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi

Azərbaycanlı senator axtarışa verildi

Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır

Milli Məclis bu memorandumu ratifikasiya etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla