Yuxarı

Şəhidimiz Masalllıda dəfn olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhidimiz Masalllıda dəfn olundu

Aprelin 4-də qoşunların təmas xəttində ermənilərin hücumunun qarşısını alarkən şəhid olmuş Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu, 21 yaşlı Nurlan Bayram oğlu Əsgərov doğulduğu Masallı rayonunun Kalinovka kəndində dəfn edilib.

APA-nın məlumatına görə, dəfn mərasimində N. Əsgərovun doğmaları ilə yanaşı, xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, rayonun icra strukturlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Mərasimdə səslənən çıxışlarda Vətən torpağı uğrunda canından keçən şəhidin qəhrəmanlığından, vətən sevgisindən söz açılıb. Bildirilib ki, N. Əsgərov 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətini başa vurduqdan sonra könüllü olaraq cəbhə bölgəsində Vətənə xidmətini davam etdirib, düşmənlə ölüm-dirim mübarizəsində qəhrəmanlıqla həlak olub.

Şəhid əsgər kənd qəbiristanlığında torpağa tapşırılıb. Sonda onun xatirəsinə 3 dəfə yaylım atəşi açılıb, tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.

Tarix
2016.04.05 / 20:09
Müəllif
Axar.az
Digər xəbərlər

1968-ci ildə məni ora Heydər Əliyev göndəribmiş - Şeyx

Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq!

Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib...

Mehriban xanıma dedim, gəlin, şəkil çəkdirək və şeyxə göndərin

Evindən çamadanlarla dolu milyonlar çıxdı, ört-basdır etdilər

Bu halda heç kim bizə bata bilməz! - Prezident

Onların hər biri böyük bir dünyadır - Prezident

Çalışacağıq ki, bütün lazımsız söz-söhbətlər yığışdırılsın!

Müsəlman aləmində baş verən bəzi hadisələr... - Prezident

Prezident onları qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla