Yuxarı

Tərtər rayonu ölən və yaralananları açıqladı - Siyahı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tərtər rayonu ölən və yaralananları açıqladı - Siyahı

Tərtər Rayon İcra Hakimiyyəti aprelin 2-də gecə saatlarından bəri cəbhə bölgəsində vəziyyətin gərginləşməsi nəticəsində həlak olan və yaralanan, həmçinin rayona dəymiş ziyanla bağlı rəsmi məlumat yayıb.

İcra hakimiyyətindən Report-a verilən məlumata görə, Ermənistan ordusunun Tərtərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində ümumilikdə 3 nəfər həlak olub, 6 nəfər yaralanıb.

Həlak olanlar 1993-cü il təvəllüdlü, Tərtər rayon sakini Orxan Valeri oğlu Rəhimov, 1992-ci il təvəllüdlü, Gəncə şəhər sakini Fərman Elçin oğlu Əsədov və 16 yaşlı Kəlbəcər rayonundan məcburi köçkün Turanə Kamandar qızı Həsənovadır.

Yaralılar isə aşağıdakılardır:

1993-cü il təvəllüdlü Sadiq Natiq oğlu Əliyev, Bakı şəhəri Binəqədi rayonu

1951-ci il təvəllüdlü Zahid Vəli oğlu Vəliyev, Tərtər sakini

2003-cü il təvəllüdlü Sənan Samid oğlu Vəlizadə, Tərtər sakini

1960-cı il təvəllüdlü Cəlal Saday oğlu Rəhimov, Tərtər sakini

1984-cü il təvəllüdlü Mehbarə Nəbi qızı Əliyeva, Tərtər sakini

1986-ci il təvəllüdlü Kəmalə Əjdər qızı Ağayeva, Tərtər sakini

Məlumatda o da qeyd olunub ki, son bir neçə gündə Azərbaycan yaşayış məntəqələri şiddətli atəşə tutulduğundan, fərdi yaşayış evlərinə ciddi ziyan dəyib. Rayonda şəhər mərkəzi olmaqla bərabər, 162 evə artilerriya mərmiləri düşüb. Nəticədə evlərin çoxu darmadağın edilib. Hazırda rayonda dəymiş ziyanın miqdarı hesablanır.

Tarix
2016.04.06 / 00:14
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

Paşinyanın bu qərarı Putini qorxutdu

Azərbaycan Əlcəzairə dəstək verdi

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla