Yuxarı

Qarabağ separatçıları itkilərinin bir hissəsini də açıqladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağ separatçıları itkilərinin bir hissəsini də açıqladı

Qarabağ separatçı rejimi itkilərinin etirafını davam etdirib.

Axar.az xəbər verir ki, separatçı rejimin yaydığı məlumatda 14 erməni tankının münaqişə zamanı məhv edildiyi bildirilib.

Silahlı-separatçıların "mətbuat xidməti"nin rəhbəri Viktor Arustamyanın sözlərinə görə, 29 erməni əsgəri öldürülüb, 101 əsgər isə yaralanıb. Arustamyan itkilərlə bağlı dəqiqləşmələrin davam etdiyini də vurğulayıb.

Bundan öncə Qarabağ separatçıları 20 erməni silahlının öldürüldüyünü, 72 silahlının yaralandığını, Ermənistana məxsus 7 tankın yararsız hala salındığını qeyd etmişdi. 26 erməni əsgərinin itkin düşdüyünü bəyan edən separatçılar həmçinin 8 strateji yüksəkliyin Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçdiyini də açıqlamışdı.

Qeyd edək ki, yalnız aprelin 4-ü gün ərzində və aprelin 5-i səhər saatlarınadək keçirilən əməliyyat tədbirləri və cavab atəş zərbələri nəticəsində ermənilər 170 nəfərədək canlı qüvvə sarıdan itkiyə məruz qalıb, 20-dək hərbi texnikası tam sıradan çıxarılıb.

Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb.

Tarix
2016.04.06 / 00:29
Müəllif
Axar.az
Digər xəbərlər

1968-ci ildə məni ora Heydər Əliyev göndəribmiş - Şeyx

Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq!

Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib...

Mehriban xanıma dedim, gəlin, şəkil çəkdirək və şeyxə göndərin

Evindən çamadanlarla dolu milyonlar çıxdı, ört-basdır etdilər

Bu halda heç kim bizə bata bilməz! - Prezident

Onların hər biri böyük bir dünyadır - Prezident

Çalışacağıq ki, bütün lazımsız söz-söhbətlər yığışdırılsın!

Müsəlman aləmində baş verən bəzi hadisələr... - Prezident

Prezident onları qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla