Yuxarı

Berlində Qarabağın həlli yolları müzakirə edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Berlində Qarabağın həlli yolları müzakirə edildi

Latviya Xarici İşlər Nazirliyinin parlament katibi Zanda Kalninya-Lukaşevitsa Almaniyanın ATƏT-ə sədrliyinin aktual məsələlərini, habelə Ukrayna və Dağlıq Qarabağ münaqişələrinin həlli məsələsində ATƏT-in rolunu müzakirə etmək üçün Berlində Almaniyanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrliyinin xüsusi nümayəndəsi, Bundestaqın deputatı, Xarici işlər komitəsinin üzvü Gernot Erlerlə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması imkanları və bu məsələdə ATƏT-in mühüm rolu müzakirə edilib. Z.Kalninya-Lukaşevitsa deyib: "Dağlıq Qarabağ münaqişəsi regionda təhlükəsizliyə və sabitliyə xeyli təsir göstərmək iqtidarındadır və onun nizama salınması ATƏT-in gələcəyi haqqında diskussiyaların mühüm məsələsinə çevrilə bilər".

Münaqişənin eskalasiyasının qarşısının alınması Almaniyanın ATƏT-ə sədrliyinin gündəliyinin ön planına çıxdığını etiraf edən G.Erler bildirib ki, bu işdə ATƏT-in Fransa, Rusiya və ABŞ-ı təmsil edən Minsk kontakt qrupunun həmsədrləri həlledici oynayacaqlar.

Tarix
2016.04.06 / 22:18
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla