Yuxarı

Yarışma qalibimiz mükafatı üçün gömrükdə pul ödədi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Texniki Universitetinin tələbəsi Əpl şirkətinin hər il keçirdiyi “Swift Student Challenge” kodlaşdırma yarışmasının builki qaliblərindən biri olub. Tələbəmiz şirkətdən rəsmi sertifikat və mükafat qazanıb. Əpl bununla bağlı qalibə bildirişlər göndərib və mükafatını da poçtla göndərib.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib.

Onun sözlərinə görə, Əpl şirkəti də göndəriş sənədində malın mükafat olduğunu qeyd edib:

“Qalib tələbəmiz “Smart Customs”da simvolik bir gömrük dəyərini qeyd edərək bəyan edib və böyük bir həvəslə mükafatı götürmək üçün Hava Limanındakı gömrük qurumuna gedib. Uzun-uzadı gözləmələrdən və araşdırmadan sonra mükafatın gömrük rüsumuna cəlb ediləcəyi bildirilib və gömrükçülər 177 manat gömrük rüsumu və 18 manat saxlama xərci alıb onu qalibə veriblər.

Belə görünür ki, DGK hələ də hədiyyə və mükafat məsələsinin gömrük tənzimlənməsini qaydaya sala bilməyib. Əlbəttə zaman-zaman hədiyyə ilə bağlı da belə problemlər olur.

Amma DGK uzun illərdir ki, beynəlxalq yarışlarda qazanılan mükafatları da hədiyyə kateqoriyasına daxil edib dərhal gömrük rüsumu tələb edir.

Əslində isə hədiyyə və mükafatlar bir-birindən fərqlidir. Onda belə çıxır ki Nobel mükafatı (1 milyon avro) alan bir alimimiz 300 min də rüsum ödəyib bu mükafatı ölkəyə gətirə bilərmiş.

Xatırladım ki, çox sayda beynəlxalq yarışlarda mükafat qazanan vətəndaşlarımız da zaman-zaman belə problemlə üzləşiblər.

Bu, doğru bir hal deyil və uzun müddətfdir ki, DGK bu problemi həll etməyə təşəbbüs göstərmir, hökumətə təkliflər vermir.

DGK tez-tez elan edir ki, peşəkar, xaricdə oxuyub gələn kadrları var, gömrükdə süni intellekt və innovasiyalar tətbiq edirlər.

Düşünürəm ki, əgər deyilənlər reallığı əks etdirirsə, DGK-da əyləşənlər mükafatı hədiyyədən, hədiyyəni də digər mallardan fərqləndirən ağlabatan bir mexanizm qura bilərlər.

Ümid edirəm nəzərə alacaqlar”.

Tarix
2024.09.04 / 16:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Saxta dəyərlərlə sülhə töhfə vermək olmaz - Bayramov

Litva ilə siyasi məsləhətləşmələr keçirildi

ABŞ separatçılara belə dəstək olur - Bəyanat

Tələbələr Xankəndidə Prezident və oğlunu belə qarşıladı - Video

Qarabağda sülhməramlıların ölümü: məhkəmə başlayır – Kreml

Suverenlik Günümüzü ilk bu ölkə təbrik etdi - Foto

Vardanyan Bakıdan cavab verdi - Paşinyan nə demişdi?

Evində tapılan kitab Qalstyanı "Azərbaycan casusu" etdi

İran Zəngəzurla alver edir: Əvəzində nə istəyir? - Video

Kərim Vəliyev italiyalı generalla görüşdü

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla