Yuxarı

Ermənilər bu tarixdə separatçıları Bakıdan “qaçırmaq" istəyir - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabr ayında Bakıda keçiriləcək COP-29 tədbiri ərəfəsində ermənilər həbsdə olan separatçıların “qaçırılması ssenarisi” üzərində müzakirələr aparır. Söhbət azad edilməkdən yox, məhz “qaçırılmaqdan” gedir, çünki hədəf rəsmi Bakıya beynəlxalq təzyiqi gücləndirmək, nəticədə separatçıları sərbəst buraxmasına məcbur etməkdir.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, COP-29 tədbiri ərəfəsində Bakıya təzyiq edilməsi məsələsi Ermənistanda son dövrlər intensiv şəkildə gündəmə gətirilir.

Xankəndidən İrəvana qaçan separatçılardan biri Artak Beqlaryan da bu haqda təkliflərlə çıxış edib.

O bildirir ki, Azərbaycan separatçıları həbsdən azad etməyəcək, buna görə lazım olan hər şey edilməli, hətta “qaçırılma planı” da hazırlanmalıdır. Separatçı “qaçırılma planı” olaraq beynəlxalq təzyiqi nəzərdə tutur.

“Azərbaycan beynəlxalq təzyiqdən praktiki olaraq yayına bilməyəcək. Biz 8 nəfərlik “rəhbərliyin” (separatçılar - red.), eləcə də digərlərinin sərbəst buraxılması üçün hər şey etməliyik. Bunun üçün iki variant var. Birincisi, beynəlxalq təzyiqdir, ikincisi Ermənistan və Azərbaycan arasında danışıqların aparılmasıdır. COP-29-a qədər Ermənistanın həm beynəlxalq təzyiqi gücləndirmək, həm də beynəlxalq ictimaiyyətin diqqətini insan haqlarının pozulmasına yönəltmək imkanları var. Diaspordakı soydaşlarımız beynəlxalq təzyiqi artırmalı, həmçinin, hökumətlərə təsir etmək üçün informasiya kampaniyası aparmalı, müxtəlif təşkilatların diqqətini bu mövzuya yönəltməlidir”, - o bildirib.

Tarix
2024.09.09 / 09:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə qardaşımızdır: elə bir yol açmalıyıq ki… - Pezeşkian

Elman Rüstəmovun dəbdəbəli restoranı üzə çıxdı

Blinkenin Əliyevə zənginin səbəbi – Nədən narahatdır?

Britaniyalı supermodel: Bakı səfərim əla keçdi

MN Deqati ilə görüş barədə məlumat yaydı

Bakı-İrəvan sülhü vacibdir, dəstək davam edəcək - Blinken

Əliyevdən Blinkenə: Bölgədə yeni reallıqlar yaranıb

Paşinyanla Kobaxidze sülh sazişindən danışdı

Blinken İlham Əliyevə zəng etdi

Keçmiş deputata 9 il həbs cəzası verilə bilər

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla