Yuxarı

Mərakeşdə erməni təxribatının qarşısı alındı - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mərakeşdə erməni təxribatının qarşısı alındı - Foto

Mərakeş Krallığında keçirilən beynəlxalq film festivalında erməni təxribatının qarşısı alınıb.

Bu barədə Kult.az-a Azərbaycanın Mərakeşdəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 11-15-də Mərakeşin Agadir şəhərində keçirilən "İssni Nurgh" Beynəlxalq Amaziq film festivalı (Festival Issni N'ourgh International du Film Amazigh - FINIFA) çərçivəsində erməni əsilli Katya Spivakova Saakyantsın müəllifi olduğu 11 dəqiqəlik "Mənə lazım olan hər şey" (All I need) filminin sentyabrın 13-də nümayişinin planlaşdırılması nəzərdə tutulmuşdu.

Festivalın rəsmi səhifələrində və sosial şəbəkələrində yayımlanmış məlumatlarda filmin süjetinin ölkəmizin vaxtilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərində baş verən hadisələrlə əlaqədar olduğu və Qarabağın Ermənistanın tərkib hissəsi kimi “artsax” olaraq göstərilməsi müəyyən edilib. Həmçinin filmdə qondarma “erməni soyqırımı”na da istinad edilib.

Bununla əlaqədar olaraq, Azərbaycanın Mərakeşdəki səfirliyi tərəfindən bu ölkənin əlaqədar qurumları, həmçinin film festivalının təşkilatçıları ilə aparılmış iş nəticəsində, təxribat xarakteri daşıyan “All I need” filminin festival çərçivəsində nümayişinin ləğv edilməsinə və bununla da Mərakeş tamaşaçısında yanlış məlumat formalaşdırmaq istəyən erməni təbliğatının qarşısının alınmasına nail olunub.

Tarix
2024.09.14 / 13:56
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanda hərbi xidmət müddəti azaldılacaq - Ekspert

Rusiyada 3 azərbaycanlı barədə qərar verildi

Böyük Britaniya Çingiz Əliyevə sanksiyalar tətbiq etdi

Xəzər dənizi ilə bağlı növbəti mühüm iclas keçirildi

AMEA Kamran Əsədova fəxri diplomu nə vaxt verib?

Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı

Azərbaycana qarşı bu qətnamənin heç bir əsası yoxdur

Azərbaycan qatarı Ermənistanda - Video

Azərbaycanla ABŞ arasında mühüm iclas keçirildi

Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı... - Nazirlik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla