Yuxarı

Kərim Moskvaya gedirmiş, toydan tez çıxıb, döyülüb...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kərim Moskvaya gedirmiş, toydan tez çıxıb, döyülüb...

Müğənni Kərim Abbasovun iştirak etdiyi məclislərin birində döyülməsi ilə bağlı hadisənin yeni təfərrüatı məlum olub. Toyda qeydə alınan insidentdə iştirak edən bir neçə nəfəri polis saxlayıb.

Kult.az xəbər verir ki, Yenisabah.az məsələnin detallarını öyrənə bilib.

Belə ki, toyda iştirak edən qonaqlardan biri baş verən insidentin təfərrüatını danışıb.

Onun sözlərinə görə, Kərim Abbasov toy boyu canlı oxusa da, məclisin sonuna yaxın sifariş olunan rusca mahnını fonoqram ifa edib:

"Kərim toy boyu canlı ifa edirdi. Lakin sonradan mahnı sifarişi gəldi, sifariş edilən mahnı rus mahnısı idi. O, sifariş edilən mahnını fonoqram oxuyurdu. Müğənnilər rus mahnılarını çox da yaxşı bilmirlər, amma ev yiyəsindən sifariş gəldikdə onu oxumağa məcburdurlar. Kərim sifarişi oxuduğu vaxtda məclisdə olan qonaqlardan biri səhnəyə yaxınlaşdı ki, mən də səninlə birgə ifa edəcəyəm. Mahnı fonoqram olduğu üçün istər-istəməz qonağa verilən mikrofonun səsi zəif çıxır. Bu zaman qonaq israr etdi ki, Kərim öz mikrofonunu ona versin. Qonaq inadla müğənnidən mikrofonunu istədi, ona oxumağa imkan vermədi. Kərim də əsəbiləşdi ki, bu, mənim şəxsi mikrofonumdur və onu heç kəsə vermirəm.

İfa bitəndən sonra da qonaq Kərimdən əl çəkmədi, mübahisə yaratdı ki, "sən niyə fonoqram oxudun, mən canlı oxuyacaqdım, mənə imkan vermədin". Mübahisə belə başladı".

Mənbə qeyd edib ki, mübahisə bununla da səngiməyib:

"Kərim toydan çıxıb Moskvaya başqa toya getməli idi. O, təyyarəyə çatmalı idi, buna görə saat 12-ə işləmiş istədi ki, toyu bitirsin, "Vağzalı" çaldırdı. Gəlinin anası, yaxınları gəlib etiraz etdilər ki, nə vağzalı, toy hələ davam edəcək.

Ev yiyələri Kərimin toyu bitirməyinə icazə vermədilər. O da bir müddət gözlədi, amma saat 12-nin yarısı getməyə məcbur idi, yavaş-yavaş əşyalarını yığışdırmağa başladı. Məclis sahiblərinə də bildirdi ki, siz özünüz davam edin, mən təyyarəyə çatmalıyam. Kərim yığışıb getmək istəyəndə aşağıda ev yiyələri onu döydülər. Həmin gün təyyarəyə də çata bilmədi".

Tarix
2024.09.13 / 15:57
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanla çox vacib razılığa gəldik

Abbas Arakçı Azərbaycana təşəkkür etdi

İrana quru hücumu sabah başlayır: BƏƏ niyə yardım edir?

İlham Əliyev banqladeşli həmkarını təbrik etdi

Rusiyadan İrana göndərilən yardım "Qaradağ"a çatdı

"Labubu" oyuncaqları rekord gəlir qazandırdı

Neft-qaz sektorunda azalma baş verdi, əvəzində... - Ekspert

ABŞ və İranın qəbuledilməz şərtləri: kim geri çəkilir?

Yaxın Şərqdə gərginlik: bu layihənin əhəmiyyəti artmaqdadır

Heç kəs xəyal etmirdi: İran gözləntiləri darmadağın etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla