Yuxarı

Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi

İran Prezidenti Məsud Pezeşkianın təyyarəsi Əlcəzairin “Huari Bumidin” Beynəlxalq Hava Limanına texniki eniş edib.

Axar.az xəbər verir ki, bu barədə Əlcəzairin dövlət televiziyası məlumat verib.

Məlumata görə, İran Prezidentini hava limanının fəxri salonunda Əlcəzairin daxili işlər, yerli icmalar və nəqliyyat naziri Səid Səyud, eləcə də xarici işlər nazirinin xaricdə yaşayan milli icma üzrə dövlət katibi Sufyan Şayib qarşılayıb.

Dövlət televiziyası təyyarənin Əlcəzairə hansı istiqamətdən gəldiyi və növbəti təyinat məntəqəsi barədə məlumat verməyib. Təyyarənin BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu Yorka uçduğu ehtimal edilir.

İran Prezidentinin Əlcəzairdə texniki dayanacağının müddəti və onun növbəti uçuşunun vaxtı barədə hələlik məlumat açıqlanmayıb.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının növbəti sessiyasında iştirak etmək üçün ABŞ-a yola düşüb.

Tarix
2026.09.22 / 20:35
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla