Yuxarı

Çin "Rusiyaya bunu etməyə imkan vermərik" deyir...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çin "Rusiyaya bunu etməyə imkan vermərik" deyir...

Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni dayandırmasına dair heç bir işarə yoxdur. ABŞ Prezidenti Donald Trampın nümayəndələrinin Moskvaya səfərləri də nəticə vermədi. Rusiya Prezidenti Vladimir Putin Trampın nümayəndələrinə hər dəfə təkrarladığı fikri bildirib: “Donbası almayana qədər müharibə dayandırılmayacaq”. Ancaq Rusiyanın Donbasın tamamının işğalını həyata keçirməsi hazırki şərtlər altında mümkünsüz görünür. Rusiya cəbhədə verdiyi itkilərin yerini doldurmaqda çətinlik çəkir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

“Rusiyanın Ukrayna ilə yanaşı NATO ölkələrindən birinə raket və dron hücumu həyata keçirəcəyinə dair müzakirələr də genişlənib. Kreml belə bir addım atarsa, bu, müharibənin daha geniş məkana yayılmasına səbəb olacaq. NATO ölkələri Rusiyanın nüvə silahından istifadə edə biləcəyi ehtimalını da hesablamağa çalışırlar. Finlandiya Prezidenti Aleksandr Stubb bir müddət əvvəl verdiyi açıqlamada Çinin Finlandiyaya Rusiyanın nüvə silahından istifadəsinin qarşısını alacağına dair zəmanət verdiyini bildirib. “Bu yay Çin xarici işlər naziri Van Yi ilə görüşdə Rusiyanın nüvə silahından istifadə məsələsini qaldırdım. O bildirdi ki, Çin buna heç vaxt icazə verməyəcək. Fikrimcə, bu, kifayət qədər yaxşı maneədir” – deyən Aleksandr Stubb Pekinin mövqeyindən razı qaldığına işarə edib.

Finlandiya Prezidentinin sözlərinə görə, Rusiya avropalıları gərginlik içində saxlamaqdan, onları nüvə eskalasiyası və ya NATO-ya birbaşa hücum ehtimalı barədə düşünməyə məcbur etməkdən faydalanır. Stubb Avropanın sakit və təmkinli qalmalı olduğunu vurğulayıb: “Rusiya istəyir ki, biz - avropalılar burada oturub Rusiyanın müharibəni genişləndirib-genişləndirməyəcəyini, nüvə silahından istifadə edib-etməyəcəyini və NATO-ya, yaxud Avropaya hücum edib-etməyəcəyini düşünək”.

Finlyandiya Prezidenti haqlıdır. Kreml AB-ni və NATO-nu test etməyə çalışır. Rusiya-Ukrayna müharibəsi dövründə dronların Avropa ölkələrinin hava məkanına daxil olması halları az deyil. Rusiyanın

Ukrayna-Polşa qatarını hədəf alması da Kremlin gələcək panlarından xəbər verir. Bu vəziyyət NATO ölkələri ilə yanaşı Rusiyanın tərəfdaşları olan Belarus və Çini də narahat etməmiş deyil. Ancaq Minsk və Pekin Kremlin qərarlarına təsir etmək gücünə malik deyillər. Bu baxımdan Çin xarici işlər nazirinin Filyandiya Prezidentinə “Rusiya nüvə silahından istifadə etməyəcək” açıqlamasından rahat olmağa dəyməz”, - politoloq qeyd edib.

Tarix
2026.09.22 / 19:47
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla