Yuxarı

DİN işçi axtarır - Şərtlər açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN işçi axtarır - Şərtlər açıqlandı

Daxili İşlər Nazirliyi Bakı şəhərində yerləşən müvafiq qurumlarında vakant olan texnik-operator vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.

Axar.az xəbər verir ki, müsabiqədə ali təhsilli, yaşı 22-dən 29-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (qadınlar istisna olmaqla), əvvəllər özü və yaxın qohumları məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), "Maykrosoft Word" və "Maykrosoft Excel" proqramları, habelə informasiya sistemləri və elektron məlumat bazaları ilə işləmək bacarığına malik, Bakı şəhərində daimi qeydiyyatda olan və ya yaşayan vətəndaşlar iştirak edə bilərlər.

Yol hərəkəti qaydaları sahəsində ümumi bilikləri, monitorinq, nəzarət və ya inzibati fəaliyyət üzrə iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

Müsabiqədən müvəffəqiyyətlə keçən namizədlər Daxili İşlər Nazirliyinin kadrları sırasına qəbul edilərək onlara müvafiq xüsusi rütbə veriləcək.

Namizədlər 2026-cı il oktyabrın 14-dək DİN-in rəsmi internet saytında (www.mia.gov.az) yerləşdirilmiş elektron ərizə formasını və anket məlumatlarını dolduraraq [email protected] elektron ünvanına göndərməlidirlər.

Tarix
2026.09.22 / 19:55
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla