Yuxarı

Xocavənddə böyük təlim başladı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xocavənddə böyük təlim başladı - Video

Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının iştirakı ilə keçirilən “Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Axar.az-a verilən xəbərə görə, Xocavənd rayonunda yerləşən "Qızılqaya" Təlim Mərkəzində keçirilən tədbirin rəsmi hissəsində Azərbaycan, Türkiyə və Özbəkistan respublikalarının Dövlət himnləri səsləndirilib.

Mərasimdə çıxış edənlər bu cür təlimlərin ölkələrimizin orduları arasında əməkdaşlığın genişləndirilməsi, bölmələrin praktiki vərdişlərinin təkmilləşdirilməsi, təcrübə mübadiləsi, şəxsi heyət arasında dostluq əlaqələrinin gücləndirilməsi və tapşırıqların birgə icrası zamanı qarşılıqlı uzlaşmanın təmin edilməsi baxımından vacibliyini vurğulayıb, təlim iştirakçılarına uğurlar arzulayıblar.

Sonra təlimdə iştirak edən hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi olub.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblı tərəfindən konsert proqramı təqdim edilib.

Tarix
2026.09.22 / 18:35
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla