Yuxarı

İran Rusiyaya ballistik raket versə... - Süleymani

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran Rusiyaya ballistik raket versə... - Süleymani

İran ballistik raketlərini Rusiyaya verməz. Əslində məncə, verməməli və bu məsələdə bitərəf qalmalıdır. Çünki bu mövqedə İranın maddi gəliri olsa belə, zərəri qazancından daha çox olacaq. Ancaq bütün bunlara baxmayaraq, İran belə bir addım atarsa, sözsüz ki, ölkəyə siyasi və iqdisadi təziqlər çoxalacaqdır. Həmçinin hər nə qədər prezidentin İran xarici siyasətində böyük rolu olmasa da, Pezeşkianın yeni hakimiyyətə gəlməsini də nəzərə alsaq, bu işin baş tutacağını düşünmürəm. Əks halda bunun adınca digər ciddi məsələlər ortaya çıxa bilər.

Bu sözləri Axar.az-a açıqlamasında İranın Azərbaycandakı keçmiş səfiri, politoloq Əfşar Süleymani İranın Rusiyaya ballistik raket verməsi ilə bağlı iddialar barədə danışarkən bildirib.

“İranın Rusiyaya ballistik raket satması ilə bağlı KİV-də müxtəlif fikirlər səslənsə də, İranın Xarici İşlər Nazirliyi məsələ barədə təkzib yayımladı. Həmçinin İranın BMT-dəki nümayəndəsi də iddiaları yalanlayıb. Digər tərəfdən, Rusiyanın özünün kifayət qədər ballistik raketləri var”, - Süleymani bildirib.

Keçmiş səfir bildirib ki, İranın bu raketləri verməsi barədə fikirlər səslənsə belə, bununla bağlı rəsmi sənədlər təqim olunmayıb.

Tarix
2024.09.11 / 11:56
Müəllif
Gülnar Fərhad
Digər xəbərlər

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla