Yuxarı

Rus ekspert: "Qarabağ artıq alınmaz qala deyil"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus ekspert: "Qarabağ artıq alınmaz qala deyil"

Azərbaycan ordusunun ön cəbhədəki dəstələrinin ermənilərin Qarabağda onilliklərlə möhkəmləndirdiyi bir neçə yaşayış məntəqəsini və blok-postu asanlıqla geri qaytarması çox şeydən xəbər verir. Əvvəllər bəziləri belə düşünürdü ki, Qarabağ azərbaycanlılar üçün alınmaz qaladır. İndi artıq heç kim büna əmin deyil.

Azərtac xəbər verir ki, bu sözləri rusiyalı ekspert Andrey Yepivançev sosial şəbəkədəki səhifəsində yazıb.

Onun fikrincə, Ermənistan uzun illər dünya ictimaiyyətinin diqqətini Qarabağ münaqişəsindən yayındırmağa çalışırdı. Azərbaycan son hadisələrlə münaqişənin həllinə diqqəti cəlb edə bildi:

"Bakı buna da müvəffəq ola bildi. Üstəlik, informasiya effekti onun gözlədiyindən daha artıq oldu. Əgər indi Minskdə Qarabağ məsələsinə dair böyük konfrans təşkil olunarsa, bu, məsələnin həllini daha da aktuallaşdıracaq".

A.Yepifançev qeyd edir ki, Bakının siyasəti nəticəsində Ermənistanla Moskva və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) arasında soyuqluq yaranıb:

"Ermənistan mətbuatında güclü tənqid və hətta nifrət axınını nəzərə alsaq, aydın olur ki, Ermənistan Moskvanın və KTMK-nın status-kvonu saxlamaqda ona yardımçı olacağına inamını itirməyə başlayır. Elə təkcə bunu Azərbaycanın ciddi nailiyyəti hesab etmək olar".

Tarix
2016.04.10 / 13:38
Müəllif
Axar.az
Digər xəbərlər

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla