Yuxarı

Xarici diplomatlar Suqovuşan və Sərsəng su anbarlarında - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasında akkreditə edilmiş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri və hərbi attaşeləri Kəlbəcərə səfərləri çərçivəsində sentyabrın 18-də Suqovuşan və Sərsəng su anbarlarında olublar.

Axar.az xəbər verir ki, səfərdə nümayəndə heyətini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Xarici qonaqlar səfər zamanı, həmçinin “Yuxarı Vəng” Su Elektrik Stansiyasını, Kəlbəcər şəhərində yeni inşa olunan yaşayış binalarını, orta məktəb və "İstisu" mineral su zavodunu və digər əraziləri ziyarət edəcəklər.

Qeyd edək ki, Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərinə diplomatik korpusun nümayəndələrinin səfərləri mütəmadi olaraq təşkil edilir və bu, ənənəvi qaydada həyata keçirilən səfərlərdən biridir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il sentyabrın 2-də Kəlbəcər rayonuna növbəti səfəri zamanı mühüm nəqliyyat və infrastruktur layihələrinin, Kəlbəcər şəhərində iaşə obyektlərinin açılış mərasimlərində iştirak edib. Bu səfər ali rəhbərliyin yüksək səviyyəli səfərinin izi ilə həyata keçirilir.

Tarix
2024.09.18 / 10:16
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyevdən Borrellin "bağ və cəngəllik" bənzətməsinə cavab...

Prezident Məhəmməd Əl-Casir ilə görüşdü

1919-cu il Sülh Konfransına təqdim edilmiş xəritədə... - XİN

COP29-da danışıqlar prosesində irəliləyişlər var

İlham Əliyev Maldiv prezidenti ilə görüşdü

İlham Əliyev Yəmənin vitse-prezidenti ilə görüşdü

İlham Əliyev Avropa Şurasının baş katibi ilə görüşdü

İlham Əliyev Efiopiya prezidenti ilə görüşdü - Foto

İlham Əliyev Braziliyanın vitse-prezidenti ilə görüşdü

Prezident Ramçandra Paudel ilə görüşdü

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla