Yuxarı

Azərbaycan anti-Rusiya mövqeyinə keçəcək… – Rus politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan anti-Rusiya mövqeyinə keçəcək… – Rus politoloq

"Yanukoviçin düşmənlərinə pul verməsilə Bakı faktiki olaraq antirusiya mövqeyi tutacaq".

Bu sözləri "Axar.az"a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib.

O, Bakının Kiyevə kredit ayırmasının Rusiya üçün heç bir problem yaratmayacağını deyib:

"Bakının Kiyevə pul verməsi Moskvaya mane olmur. Əksinə Rusiyanın etdiyi ağır maliyyə yardımını bir az da yüngülləşdirir. Bu dəqiqə Ukraynaya Rusiyadan başqa heç kim kömək etmir. Biz Avropa İttifaqının necə çoxlu vədlər verib, amma pul verməməsini görürük".

Politoloq ayrılacaq kreditlə bağlı vacib bir siyasi nüansın olduğunu da qeyd edib. O, hazırda qarşıda duran əsas məsələnin Azərbaycanın Ukraynada pulu kimə verməli olduğunu söyləyib:

"Azərbaycanın etdiyi köməkdə çox vacib bir siyasi nüans var. Suallardan biri Azərbaycanın kredit ayırıb Yanukoviçə verməsidir. Digər bir məsələ isə bunun tam əksinədir. Azərbaycan krediti Yanukoviçə yox, Ukrayna müxalifətinin təmsilçilərinə verə də bilər. Bax bu zaman Azərbaycan faktiki olaraq antirusiya əhval ruhiyəsi ilə alışıb-yanan yeni hökumətin formalaşmasına kömək edəcək. Yanukoviçin düşmənlərinə pul verməsilə Bakı faktiki olaraq antirusiya mövqeyi tutacaq. Bununla da Azərbaycan qərb tərəfindən yaradılacaq "Ukraynanın dostları" qrupuna daxil olacaq. Bununla da Azərbaycan özünə Ukrayna ərazisindən Avropaya qaz transferini həyata keçirən Rusiyanın nəqliyyat marşrutunun əleyhinə yaradılacaq nəqliyyat loqistik konsorsiumunda özünə yer alacaq".

Bir müddət öncə millət vəkili Asim Mollazadə "Blomberg"ə müsahibəsində Azərbaycanın Ukraynaya 1 milyard dollar pul ayıracağını bildirmişdi. Yerli politoloqlar millət vəkilinin bu açıqlamasına şərh verərkən ölkənin bununla bağlı atılacaq addımının doğru olduğunu demişdilər.

Xatırladaq ki, bir müddət öncə Rusiya mətbuatına müsahibə verən Qriqori Trofimçuk Rusiyanın Ukraynaya yardım etdiyini və Azərbaycanın edəcəyi yardımda da heç bir problemin olmadığını söyləmişdi. O, Rusiyanın 3 milyard verdiyini, indi isə növbənin Azərbaycanda olduğunu qeyd etmişdi.

Tarix
2014.02.14 / 11:44
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Əliyevadan Milli Dirçəliş Günü ilə bağlı paylaşım - Foto

44 günlük müharibəyə bənzəyir: hücumla üz-üzəyik - Beqoyan

İlham Əliyev Milli Dirçəliş Günü ilə bağlı paylaşım etdi

Prezidenti bu mərkəzdə Mirziyayev qarşıladı

Azərbaycandan təbii qaz alışı üçün fəal iş görürük - Zelenski

Ermənistan-Azərbaycan münaqişəsi keçmişdə qalıb - Hacıyev

Azərbaycan bu qurumun üzvü oldu - Bu, nə deməkdir?

Bu qərara görə həmkarlarıma təşəkkür edirəm - Prezident

Dəhlizin tikintisi başa çatmaq üzrədir – İlham Əliyev

Mərkəzi Asiya ölkələrinin qardaş dəstəyi… - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla