Yuxarı

Azərbaycan ermənilərə 21 meyit verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan ermənilərə 21 meyit verdi

2016-04-10 22:41:00

Azərbaycan 3 gün müddətində erməni tərəfinə ümumilikdə 21 hərbçinin meyitini verib.

Axar.az xəbər verir ki, bu barədə Qarabağ separatçılarının sözçüsü David Babayan "RİA-Novosti" agentliyinə açıqlamasında deyib.

Onun sözlərinə görə, 19 meyit aprelin 10-da, 2 meyit isə 8-də verilib.

Qeyd edək ki, bundan öncə 2-5 aprel tarixlərində cəbhədə baş verən hərbi əməliyyatlar zaman döyüş meydanında meyitləri qalan hərbçilərin nəşinin dəyişdirilməsi barədə razılıq əldə olunub. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, proses Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in vasitəçiliyi ilə həyata keçirilib. Ötən gün meyitlərin dəyişilməsi prosesində ermənilər yenidən atəşkəsi pozublar.

Ermənistan Müdafiə Nazirliyi isə aprelin 8-də Azərbaycandan 5 erməni hərbçinin meyitini təhvil aldıqlarını açıqlamışdı.

Tarix
2016.04.11 / 10:18
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla