Yuxarı

Lapşin həbsi ilə bağlı Bakını şərlədi: Görün, nələr uydurur…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün İrəvanın Zvartnots hava limanında saxlanılan və bir müddət sonra azad edilən bloger, Azərbaycana qarşı qarayaxmaları ilə tanınan Aleksandr Lapşin hətta bu həbsindən belə Azərbaycana qarşı təbliğat aparmaq üçün istifadə etməyə başlayıb.

Axar.az xəbər verir ki, Lapşin əvvəlcə aeroportda saxlanılmasına səbəbin Azərbaycan və Rusiya tərəfindən axtarışa verilməsi ilə bağlamışdı. Sonradan onun vəkili elan etdi ki, saxlanılma Belarusun tələbi ilə baş verib.

Nəhayət, Ermənistan Baş Prokurorluğu rəsmi açıqlama yayaraq, Lapşinin Belarusun sorğusu əsasında saxlanıldığını, lakin baş prokurorun şifahi göstərişi ilə azad edildiyini elan etdi.

Zvartnots hava limanından buraxılandan sonra Lapşin sosial şəbəkə hesabında “aldadıldığını” iddia etdi. Bildirdi ki, guya aeroport polislərindən biri ona “Nikol Paşinyan səni Bakıya satacaq” deyib.

“Lakin məni “Belarus prezidentinin şərəf və ləyaqətini təhqir” etməkdə ittiham etdilər. İrəvanda həbsimin təşəbbüskarı Belarusun Ermənistandakı səfiri Aleksandr Konyuk olub. Məni həbs edib Belarusa verməkdən imtina edən Ermənistan ədliyyə sisteminə təşəkkür edirəm”, - Lapşin yazmışdı.

Ancaq az öncə Lapşin bütün yazdıqlarına, rəsmi açıqlama və sübutlara zidd olaraq, yenidən həbsini Azərbaycanla bağlamağa cəhd edib və bu zaman sözlərinin bir neçə saat öncə yazdığı və elan etdikləri ilə ziddiyyət təşkil etməsindən də utanmayıb.

“Sentyabrın 21-də İrəvan hava limanında mənim həbsimlə bağlı təxribat Azərbaycanın və Belarusun xüsusi xidmət orqanları tərəfindən Müstəqillik Günü və “artsax”da “etnik təmizləmə”nin ildönümündə Ermənistanı alçaltmaq və təhqir etmək məqsədilə təşkil edilib. Dostlar, burada təsdiq edirəm ki, Ermənistanın Müstəqillik Günündə İrəvan hava limanında həbsimlə bağlı təxribat Belarusun tələbi ilə Azərbaycan tərəfindən təşkil edilib”, - Lapşin uydurub.

Bu Lapşin daha da uzağa gedərək, guya bir həftə əvvəl Azərbaycan “istifadəçisi” adından ona mesaj gəldiyini də iddia edib. Guya o mesajda yazılıb ki, Ermənistan Baş Prokurorluğunda və İrəvan hava limanında bizim adamlarımız var, gələndə sürpriz olacaq.

Xatırladaq ki, erməni diasporu tərəfindən yallanan Lapşini Azərbaycan hüquq-mühafizə orqanları axtarışa vermişdi və o, Belarusda həbs edilərək, ölkəmizə ekstradisiya olundu. Bakıda həbsdə olduğu vaxt səhvlərini anladığını bildirərək, əfv olunması üçün yalvarmağa başladı. Onun anası da oğlunun səhvlərindən nəticə çıxardığını bildirərək, Azərbaycan rəhbərliyindən oğlunun bağışlanmasını xahiş etdi və nəhayət, Lapşin əfv edildi.

Azadlığa çıxıb, ölkəmizdən gedəndən dərhal sonra isə bu dəfə daha ağır təhqirlərlə şər və böhtanlarını davam etdirməyə başladı.

Tarix
2024.09.22 / 20:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Səfirimiz İranda Əli Musəvi ilə görüşdü

Azərbaycan İrana başsağlığı verdi

Mənə dedilər ki, Nikol səni Bakıya satacaq - Lapşin

MM sədri kim olacaq? - İki əsas namizəd

İngilis nazirin Qarabağ açıqlaması İrəvanı “narahat” etmədi

Ceyhun Bayramov ABŞ-a getdi

İlqar Məmmədov uduzdu və siyasətdən getdi

Bakının axtardığı, İrəvanda saxlanılan Lapşindən son xəbər

Bu qadınlar millət vəkili oldu - Siyahı

Blinkendən Əliyevə: Bu, nəyə nail ola biləcəyimizə sübutdur

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla