Yuxarı

Qobustanda 1 hektar ərazi yandı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunun Qobustan qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Axar.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qamışlıq sahədə baş vermiş yanğın ətraf ərazilərə yayılmasına, o cümlədən yaxınlıqdakı fərdi yaşayış evləri və məktəb binasına keçməsinə imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində təxminən 1ha sahədə qamışlıq ərazi yanıb.

Yaxınlıqdakı məktəb binası və fərdi yaşayış evləri yanğından mühafizə olunub. Eyni zamanda, yanğınsöndürənlər tərəfindən 20 baş iribuynuzlu heyvan yanğından xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Tarix
2024.09.22 / 22:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Lapşin həbsi ilə bağlı Bakını şərlədi: Görün, nələr uydurur…

Səfirimiz İranda Əli Musəvi ilə görüşdü

Azərbaycan İrana başsağlığı verdi

Mənə dedilər ki, Nikol səni Bakıya satacaq - Lapşin

MM sədri kim olacaq? - İki əsas namizəd

İngilis nazirin Qarabağ açıqlaması İrəvanı “narahat” etmədi

Ceyhun Bayramov ABŞ-a getdi

İlqar Məmmədov uduzdu və siyasətdən getdi

Bakının axtardığı, İrəvanda saxlanılan Lapşindən son xəbər

Bu qadınlar millət vəkili oldu - Siyahı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla