Yuxarı

Ermənistan Qarabağa xüsusi təyinatlıları yığır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan Qarabağa xüsusi təyinatlıları yığır

Ermənistan Dağlıq Qarabağa xüsusi təyinatlı polis dəstəsini göndərir.

ANS-in erməni KİV-inə istinadla verdiyi məlumata görə, polisləri daşıyan bir neçə avtomobil Qarabağa doğru gedib.

"Bizim polislərə yaxın mənbələrimiz Ermənistanın xüsusi təyinatlı polis dəstələrinin Qarabağa ezam olunduqlarını yazır", - deyə "Çorrord işxanutyun" qəzeti qeyd edib. Məlumata görə, Qarabağa göndərilən dəstələr Sərsəng su anbarının ətrafında toplaşıblar.

Qarabağ separatçılarının yaydığı məlumatda da bildirilir ki, Qarabağda Ermənistanın xüsusi təyinatlı polis qüvvələri gücləndirilmiş iş rejimində işləyirlər.

Aprelin 1-dən 5-nə qədər davam edən hərbi əməliyyatlar zamanı Ermənistan ordusuna döyüşmək üçün könüllü dəstələrin cəlb edildiyi barədə məlumat yayılmışdı. Orduya cəlb edilən mülki şəxslərin əksəriyyəti yaşı 60-ı ötmüş, qoca insalardır.

Həmçinin müharibənin davam etdiyi vaxt Xankəndidə və digər ətraf şəhərlərdə yaşayan insanlar evlərini tərk edirdilər. Əsgəran rayonunu tərk etmək istəyən əhalinin qarşısını almaq üçün erməni hərbi qüvvələrinin rayonun çıxışında postlar qurduqları bildirilirdi.

Şəhəri tərk etmək istəyən əhali geri qaytarılır. Tabe olmayan mülki şəxlərə qarşı hətta zor tətbiq edildiyi də bildirilir.

Yəqin ki, xüsusi təyinatlı qüvvələrin Dağlıq Qarabağa gətirilməsinin əsas məqsədi oranı tərk etmək istəyənlərin qarşısını almaqdı. Çünki atəşkəs əldə olunduqdan sonra Birləşmiş Millətlər Təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik bildirib ki, Dağlıq Qarabağda münaqişənin gərginləşməsi nəticəsində yüzlərlə insan, xüsusilə qadınlar, uşaqlar və qocalar evlərini tərk ediblər. Kəndlərdən köçkünlərin böyük hissəsi şimal-şərq hissəsindən olanlardır.

İdarənin məlumatına görə, insanlar Qarabağın başqa rayonlarına, eləcə də Ermənistana qaçıblar. İdarə eyni zamanda qeyd edib ki, məcburi köçkünlərin sayını dəqiqləşdirmək mümkün deyil.

Tarix
2016.04.13 / 00:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Ukrayna XİN başçıları görüşdü

Bayramov Ukraynada AXC-yə dair sənədlərə baxdı - Foto

Bayramov İrpen şəhərində - Foto

Ukraynaya qaz tədarük etməyə hazırıq - Nazir

Sibiqa Azərbaycana başsağlığı verdi

Proses sürətləndi: hökumət yeni modelə bu tarixdə keçəcək

Arutyunyan və digərlərinin məhkəməsində qərar...

Bayramovun səfəri: rus ekspertlər “hücuma” hazırlaşır

Bayramov Kiyevdə Ukrayna PUA-larına baxdı - Foto

Ceyhun Bayramov Ukraynada səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla