Yuxarı

AŞPA-da Azərbaycan “müzakirəsi”: Bakını kim müdafiə etdi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizə qarşı ədalətsiz qərarları ilə seçilən və Azərbaycan nümayəndə heyətinin qurumda iştirakını məhdudlaşdıran AŞPA Bakı əleyhinə yeni kampaniyaya start verib.

Axar.az xəbər verir ki, AŞPA “insan haqları və demokartiyanın pisləşməsi” kimi Qərbin artıq uzun onillərdir istismar etdiyi ənənəvi “təzyiq formasından” Azərbaycana qarşı növbəti istifadəyə başlayıb.

Sabah saat 16:00-dan 19:00-dək keçiriləcək iclasda müzakirə edilməsi nəzərdə tutulan mövzu ilə bağlı “səsvermə”də 306 deputatdan cəmi 119 deputat iştirak edib ki, onların da 33-ü bu müzakirəyə qarşı çıxıb, 5 deputat isə bitərəf qalıb.

“Turan”ın məlumatına görə, Gürcüstan nümayəndəsi Givi Mikanadze Azərbaycan nümayəndələrinin iştirakı olmadan müzakirələrin məqsədəuyğun olmadığını bildirib. O, bu vəziyyətin müzakirəsi üçün Azərbaycanın yeni seçilmiş parlamentinin nümayəndələrilə birbaşa əlaqə qurmağı təklif edib. Buna baxmayaraq, AŞPA rəhbərliyi bu təklifi dəyərləndirməyi “lazım bilməyib”.

Qeyd edək ki, 2024-cü ilin yanvar sessiyasında Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında səlahiyyətləri təsdiqlənməyib. Bu qərardan əvvəl isə Azərbaycan nümayəndə heyəti AŞPA-nın ədalətsiz yanaşmalarına və ikili standartlar tətbiq etməsinə etiraz olaraq, bu qurumda fəaliyyətini dayandırıb.

Tarix
2024.09.30 / 22:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu gün ölkədə onların peşə bayramıdır

Üçüncü müharibə başlayır: əsas hücum haradan olacaq?

Bakıya qarşı qarayaxma: Bəs, 1 milyard dollar hara ayrılıb?

Tiflisdən AŞPA-da Bakıya böyük dəstək

Dumanın fraksiya rəhbəri: Qarabağ Azərbaycandır!

Finlandiya prezidenti Bakıya gəlir

YAP-da bu sədrlər işdən çıxarıldılar

Heydər Əliyevin ən böyük vəsiyyəti həyata keçdi - Slutski

Prezidentdən Slutskiyə: Qarabağa səfər etdiyinizə görə...

Prezident Leonid Slutskini qəbul etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla