Yuxarı

Almaniyadan 7 bəndlik Qarabağ planı: Səfir təsdiqlədi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniyadan 7 bəndlik Qarabağ planı: Səfir təsdiqlədi - Foto

Almaniyanın İrəvandakı səfiri Bernard Matias Kisler rəsmi Berlinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair yeddi bənddən ibarət sənəd hazırlayıb "daxili dövriyyəyə təqdim etdiyini" açıqlayıb.

Virtualaz.org xəbər verir ki, səfir bu haqda "İnterfaks"a açıqlamasında bildirib.

"Bu sənəd bir neçə əsas müddəadan ibarətdir, onlardan ən başlıcası və mühümü atəşkəs rejiminin qorunub saxlanılmasıdır"-səfir bildirib.

Matias Kesler sənədin detallarını açıqlamayıb. Habelə sənədin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə müzakirə edilib edilmədiyinə dair açıqlama verməyib. Bildirib ki, bu barədə informasiyaya malik deyil.

Almaniya hazırda ATƏT-ə sədrlik edir. Aprelin əvvəllərində Qarabağda başlayan və 4 gün davam edən hərbi əməliyyatların dayandırılmasının ardınca Ermənistan prezidenti Serj Sərkisyan Berlinə səfər edib.

Aprelin 7-də "Voll Strit Jurnal" qəzeti yazıb ki, Almaniya Qarabağ münaqişəsinin nizamlanmasına dair səyləri artırmağı planlaşdırır. Yüksək rütbəli alman diplomat qəzetə bildirib ki, tərəflərə rəsmi sülh danışıqları üçün yeddi bənddən ibarət plan təklif edəcəklər.

Qəzet adının açıqlanmamasını istəyən diplomata istinadən həmin planının Minsk Qrupuna daxil olan 11 ölkənin işinin fəallaşdırılmasını da nəzərdə tutur.

Sənədə Azərbaycanla Ermənistan arasında etimad tədbirləri, iki ölkə hökumətləri arasında qaynar xəttin yaradılması, potensial kompromis nöqtələrinin axtarılması və uzunmüddətli sülh razılaşması üzərində danışıqların başlanması daxildir.

"Mahiyyətcə söhbət ondan gedir ki, dayanıqlı atəşkəs rejiminin təmin edilməsi və proseslərin danışıqlar məcrasına keçməsi üçün dialoqun aparılmasından, habelə etimaddan və stabilliyin yaradılmasından gedir" - Almaniya XİN-in əməkdaşı bildirib.

Qeyd edək ki, rəsmi Bakı Ermənistanın danışıqlar prosesini mümkün qədər uzatmaq və status-kvonu saxlamaq taktikasına xidmət edən bu cür etimad təşəbbüslərini qəbul etmir.

Azərbaycan tərəfi qarşılıqlı etimad tədbirlərinə bir şərtlə razıdır ki, bütün bunlar status-kvonun saxlanılmasına yox, dəyişməsinə xidmət etsin.

Tarix
2016.04.13 / 18:35
Müəllif
Axar.az
Digər xəbərlər

Zəngəzur dəhlizinin Ermənistana düşən 42 km-lik hissəsi...

Ərdoğan Azərbaycanı təbrik etdi - Foto

Hakan Fidanın bugünkü səfərinin rəmzi mənası var...

Kozinoğlu Bakıya niyə gəlmişdi? - Bir fotonun tarixçəsi

Bayramov və Mirzoyan Nyu Yorkda görüşəcək

İlham Əliyev Hakan Fidanı qəbul etdi - Foto

Bayramovla Fidan Bakıda görüşdü - Foto

Prezident onları qəbul etdi - Foto

Türkiyə XİN-dən Bakının azad olunması ilə bağlı paylaşım

Bakının işğaldan azad edilməsi - XİN paylaşım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla