Yuxarı

İsrail İrana necə cavab verəcək? – Bakı üçün 3 təhlükə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail İranın raket hücumuna qarşı qonşu ölkədəki müxtəlif hədəfləri vuracaq. Bu hədəflər içərisində İranın hərbi və uranın zənginləşdirilməsi mərkəzlərinin olması ehtimalı yüksəkdir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu İranın bu axşam İsrailə endirdiyi zərbələrə Təl-Əvivin cavabının necə olacağı haqda qeyd edib.

O bildirib ki, İsrail İranda vurmağı planlaşdırdığı hədəfləri özü üçün illər əvvəl müəyyənləşdirib:

“Beləliklə, proksi-qüvvələr və casus şəbəkələr üzərindən illərdir davam edən İran-İsrail müharibəsi birbaşa toqquşma mərhələsinə qədəm qoyub. İşin içində ABŞ da var. Rusiya İranı dəstəkləsə də, prosesə müdaxilə etməyəcək, əksinə, Qərbin diqqətinin Ukrayna müharibəsi üzərindən bir qədər yayınmasından öz məqsədləri üçün istifadə etməyə çalışacaq. Qonşuluğumuzdakı müharibə İranla bağlı müxtəlif nəqliyyat layihələrini arxa plana keçirəcək. Müharibənin uzanması halında bunun Azərbaycan üçün hansı təsirləri ola biləcəyi üzərində düşünmək məcburiyyətindəyik.

Birincisi, İsrail-İran müharibəsi dövründə Azərbaycanın iştirakçısı olduğu “Şimal-Cənub” nəqliyyat dəhlizinin aktuallığı azalacaq.

İkincisi, müharibənin şiddəti artarsa və İranda Suriyadakı proseslərin təkrarlanması ehtimalı yaranarsa, iranlılar qonşu ölkələrdə, o cümlədən Azərbaycanda sığınmağa çalışacaqlar.

Üçüncüsü, müharibə fonunda İrandakı mühafizəkar dairələrin İsraillə əməkdaşlıq edən Azərbaycana təzyiqi güclənəcək.

Bu, ehtimallara əsaslanan proqnozlardır, biz bütün bunların baş verməsini istəmirik. Bununla yanaşı İsrail-İran müharibəsinin müxtəlif ssenarilərinə hazır olmalıyıq.

Bu arada, Ermənistanın Baş naziri Nikol Paşinyanın tərsliyindən əl çəkib Konstitusiya dəyişikliyinə gedib, Azərbaycanla sülh sazişini imzalamağa hazır olması yerinə düşərdi. Çünki Ermənistan da İsrail-İran müharibəsinin özü üçün ən pis ssnerailərinə hazır olmalıdır...”

Tarix
2024.10.01 / 23:49
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Moskvada İlham Əliyevə təklif edib ki… - Xandanyan

Qafarova Simonyanla görüşdən niyə imtina etdi?

Rusiya Azərbaycana müraciət etdi: Qəza zamanı...

Paşinyan Tokayevin təklifini qəbul etsə... - Politoloq

Bu məhsulların idxalı ƏDV-dən daha 2 il azad olundu

Simonyanın Cenevrədə Bakı ilə bağlı hiyləsi

"3+3"-ün növbəti iclası İstanbulda keçiriləcək - Tarix

Ziyafət Əsgərov vəzifəsindən ayrıldı

Tokayevdən Bakı və İrəvana təklif

Əli Əsədov Mişustinə zəng etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla