Yuxarı

Qazax şairinin “Qarabağ”ı Bakıda nəşr olundu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazax şairinin “Qarabağ”ı Bakıda nəşr olundu

Qardaş Qazaxıstanın yeni nəsil şairlərindən olan Sayat Kamşıgerin “Qarabağ” poeması Bakıda nəşr olunub.

Kult.az xəbər verir ki, “CN-Poliqraf” nəşriyyatında çap olunan poema “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi (RHİMİB) ilə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) birgə təşəbbüsü ilə ərsəyə gəlib.

Müəllif DGTYB-nin dəvəti ilə Azərbaycana səfəri zamanı Qarabağ, ümumən Azərbaycan həqiqətləri ilə yaxından tanış olub, sonra bu mövzuda bir əsər yazacağına dair vədini yerinə yetirərək, “Qarabağ” poemasını qələmə alıb.

Əsərin Azərbaycan dilinə uyğunlaşdırılmasını tanınmış şair-publisist Elşən Əzim, redaktəsini isə professor Rəsmiyyə Sabir həyata keçirib. Layihənin rəhbəri, Qazaxıstanın Uluslararası “Alaş” ədəbi mükafatının laureatı Əkbər Qoşalı, ön söz müəllifi RHİMİB başqanı Arzu Bağırova, rəyçilər DGTYB başqanı İntiqam Yaşar ilə Taryel Əhmədov, koordinatorlar Nilufər Lətif və Etibar Muradxanlı, dizayneri Cəsarət Qasımovdur.

Kitabın Azərbaycanda və Qazaxıstanda tanıtımı nəzərdə tutulub.

Tarix
2025.03.12 / 16:18
Müəllif
Kult.az
Digər xəbərlər

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla