Yuxarı

Tanınmış alimin Muradovaya şok müraciəti: Məhv edirlər!

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ailə dəyərləri, ailə münasibətləri, övlad tərbiyəsi yaxşı istiqamətə doğru getmir. Bilmirəm, bizim telekanallara baxırsınız, ya yox, amma dəhşətli hadisələr baş verir. Millətin bütün dəyərləri qalıb bir neçə aparıcı və onların efirlərə çıxardığı “ailələrin” ayaqları altında.

Kult.az xəbər verir ki, bu sözlər tanınmış alim Zaur Əliyevin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya ünvanlandığı açıq müraciətdə əksini tapıb.

Alim bildirib ki, telekanallardakı sosial proqramlarda ailə sirlərinin bu cür açıq formada təqdim edilməsi milli dəyərləri uçuruma aparır, cəmiyyətdəki aqressiyanı gücləndirir:

“Ölkədə ailələr sürətlə dağılır, nikahların sayı isə durmadan azalır. Səbəb nə sosial problemlər, nə işsizlik, nə də maddiyyatdır. Səbəb telekanalarda baş verənlərin gənclərin psixikasına ciddi təsir etməsidir. Mən gənclərdən belə verilişlərdə baş verənləri görüb, qorxu içərisində ailə qurmaq istəmədiklərini dəfələrlə eşitmişəm. Əksər gənc elə bilir ki, ailələrdə xəyanətlər, dava-dalaş və sevgisizlik olur.

Aparıcılar Zaur Baxşəliyev, Xoşqədəm Hidayətqızı, Lalə Azərtaş, Elgiz Əkbər və digərlərinin verlişlərində İslam və Aynur, Arzu və Aslan, Aslan və Aygün və digərlərinin ailə problemlərinin əxlaqsız formada müzakirəsi gedir. Hələ o yaşlı, Ceyran adlı qadın. Ömrümüzə oturub onun hərəkətləri, ailə münasibətlərində bir ana, qayınana yox, “əfi ilan” kimi çıxış etməsi.

Ana obrazını belə gözdən, nüfuzdan salırlar efirlərdə. “Ana” deyiləndə Ceyran kimilər yox, Poladlar, Allahverdilər, Əlyarlar, Natiqlər və yüzlərlə, minlərlə şəhid, qazi dünyaya gətirən analarımız göz önünə gəlməlidir.

Efirdə xəyanət söhbətləri kişilər tərəfindən elə edilir ki, elə bil bizim xalqda belə olub həmişə, bütün kişilər arvadlarını açıq müzakirəyə qoyub guya hər zaman. Axı bu belə deyil! Bizim ailə dəyərlərimiz belə olmayıb!

Hələ aparıcıların şit, mənasız və mədəniyyətsiz sözləri, hərəkətləri, çıxışları, mübahisələr, cəmiyyətdə az-çox hörməti olmuş insanların ekspert kimi çıxış etməsi lap biabırçılıqdır.

Hara qədər gedəcək bu?

Axı Azərbaycanın ailə qanunvericiliyi Azərbaycan Konstitusiyasından formalaşmışdır və orda açıq yazılır: “Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar”.

Efirdə əxalqsızlıqda bir-birini ittiham etmək hansı qanuna, məcəlləyə, sərəncama, mənəvi dəyərlərə sığır? Bəs onların dünyaya gətirdikləri uşaqlarn taleyi necə olacaq? Onlar bu cəmiyyətdə belə valideynlərə görə necə yaşayacaqlar?

“Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi”... Bunlara görə yüzlərlə ailə dağılır və gələcəkdə cinayətlərə yol aça bilər.

Gündəlik 3-5 saat davam edən bu verilişlərdə insanların şəxsiyyəti alçaldılır, efirdə təhqir və ədəbsiz ifadələr işlədilir, efir mədəniyyəti, nitq qabiliyyəti, bilik səviyyəsi tələblərə cavab verməyən aparıcılar və ekspertlər isə sanki cəmiyyətə meydan oxuyurlar.

Bizim içimizdə olan qəzəbin partlayışından qoruyun bizi. Biz artıq dözülməz hisslər yaşayırıq. Sosial verilişdirsə, sosial problemləri müzakirə etsinlər; şou verilişidirsə, mahnılarını oxusunlar, mədəniyyətdən danışsınlar, musiqini müzakirə etsinlər. Axı ailə söhbətləri iyrənc formada niyə müzakirə edilir?

Biz bir qaydanı bilirik əsrlərdir: Ailə dəyərləri toxunulmazdir!

Kömək edin yaşayaq, həyatda qalaq. Yoxsa ürək tutması, insult, intiharlar bizim xalqı siləcək tarixdən.

Xahiş edirəm, Bahar xanım, millətin məhv olmasının qarşısını almağa kömək edin!”

Tarix
2025.03.12 / 15:15
Müəllif
Kult.az
Digər xəbərlər

MN-dəki 2 milyonluq iş: vəzifəli şəxsə hökm oxundu

İlham Əliyev Məcid Xanı qəbul etdi

Ceyhun Bayramov iranlı həmkarı ilə danışdı

Buna görə Şimali Makedoniya ilə münasibətlər önəmlidir…

Mirzoyan işarə etdi: Azərbaycanla görüş...

Rusiya atəşkəsə razı olmayacaq - Mixaylovdan sensasion baxış

Ermənistan bu məqsədlə hərbi təxribat törədə bilər

Sensasion hazırlıq: Bakıdan heyrətamiz dip-trafik – Nələr edir?

Prezident Tatyana Valovayanı qəbul etdi

Kişinyovda Bakıya qarşı təxribat - Rəsmən üzr istənildi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla