Yuxarı

"Ermənilərdən qardaşımın qisasını almağa hazıram"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Ermənilərdən qardaşımın qisasını almağa hazıram"

Son döyüşlərdə itirdiyimiz dəyərli Azərbaycan şəhidlərinin xatirəsi bütün Azərbaycanda əziz tutulur.

ANS-in bölgə müxbirinin verdiyi məlumata görə, torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən Qusarın Cağarqışlaq kəndində yaşayan 20 yaşlı əsgər Əmiraslan Xeyirbəyovun ailəsinin bir təsəlliləri var.

Oğullarımız vətənin bütövlüyünün qorunmasında, itirilmiş torpaqlarımızın geri alınmasında qurban gedib, bu uğurlu əməliyyata öz töhfəsini qanı bahasına, canı bahasına verməklə iştirak edib.

Ölkənin şimalında yaşayan ləzgilərin cəsur nümayəndəsi olan Əmiraslan Xeyirbəyovun məktəbli qardaşı və doğma müəllimi də hər an onun qisasını almağa hazırdırlar.

Şəhidin 11-ci sinifdə oxuyan qardaşı Əmrah Xeyirbəyovun əsas məqsədinin təkcə qardaşı Əmiraslanın deyil, bütün Azərbaycan şəhidlərinin qanını yerdə qoymamaq və torpaqlarımızı azad etmək olduğunu qeyd edib.

"Qarabağ döyüşlərində axırıncı baş verən hadisələr xalqımız kımi biz ləzgiləri də çox dəhşətə gətirib. Orda olan haqsızlıqlara son qoymaq üçün bütün Qusar əhalisi, kəndimiz, ləzgi xalqı erməni işğalçılarının cavabını vermək üçün hazırdır", - deyə şəhidin müəllimi Akif Baləhmədov bildirib. Əmiraslanın anası isə oğlunu hərbçi olmaq üçün qulluq etdiyi hərbi hissənin rəhbərliyinə müraciətindən danışıb.

"Ərizə yazmışdı, qalmaq istəyirdi, hərbçi olmaq arzusu idi. Mən elə qorxurdum, deyirdim ki, lazım deyil. Dedi ki, yox ana mən qalacam hərbidə, vətənimizi qoruyacam", - deyə anası Gülnarə Xeyirbəyova bildirib.

Qusarlılarin igid Əmiraslani tək deyil. Cəbhədə gedən son döyüşlərdə şimal bölgəsindən digər etnik qrupların təmsilçiləri də canından keçərək vətən yolunda şəhid olub. Xaçmazdan olan 22 yaşlı əsgər Elvin Mirzəyev və 27 yaşlı tankçı Elvin Qayıbov tat xalqının nümayəndələridir.

Bu, Azərbaycanda tolerantlığın ən qüksək nümunəsidir. Milliyyətindən asılı olmayaraq hər bir Azərbaycan övladı vətən uğrunda əbədiyyətə qovuşub, Əmiraslan, Elvin, Babək və Ravil kimi!

Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var. Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.

Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.

Tarix
2016.04.13 / 23:34
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Ukrayna XİN başçıları görüşdü

Bayramov Ukraynada AXC-yə dair sənədlərə baxdı - Foto

Bayramov İrpen şəhərində - Foto

Ukraynaya qaz tədarük etməyə hazırıq - Nazir

Sibiqa Azərbaycana başsağlığı verdi

Proses sürətləndi: hökumət yeni modelə bu tarixdə keçəcək

Arutyunyan və digərlərinin məhkəməsində qərar...

Bayramovun səfəri: rus ekspertlər “hücuma” hazırlaşır

Bayramov Kiyevdə Ukrayna PUA-larına baxdı - Foto

Ceyhun Bayramov Ukraynada səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla