Yuxarı

Ermənistanın 125 hərbçisi ölümcül vəziyyətdə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanın 125 hərbçisi ölümcül vəziyyətdə

Qarabağ cəbhəsində baş verən sonuncu irimiqyaslı toqquşmalar nəticəsində yaralanan 125 erməni hərbçi Ermənistan və Qarabağdakı hospitallarda müalicə alır.

Musavat.com Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin hərbi tibb idarəsinin rəis müavini Arutyun Qalstyan Mərkəzi Kliniki Hərbi Hospitalda jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, bir neçə saat əvvəl Azərbaycan mətbuatında Ermənistanın son döyüşlərdə 322 hərbçisinin məhv edildiyi, 500-dən artıq əsgər və zabitinin isə yaralandığı barədə xəbər yayılmışdı. Bunun ardınca düşmən ölkənin müvafiq qurumları bəzi rəqəmləri açıqlamalı olub. Ancaq hesab olunur ki, açıqlanan rəqəm reallıqdan xeyli uzaqdır, sadəcə düşmən ölkə itkilərini hissə-hissə açıqlamaqla xalq etirazından qaçmaq istəyir.

A.Qalstyan deyib ki, yaralı hərbçilərdən 5-in vəziyyəti son dərəcə ağırdır və onların ikisi mərkəzi hospitalda müalicə alır. Vəziyyəti kritik olan digər 3 əsgər isə mülki xəstəxanaya yerləşdirilib. Yaralıların əksəriyyətinin qəlpə zərbələri nəticəsində ölümcül hala düşdüyü bildirilir. Bugünədək yalnız 3 yaralı əsgər hospitaldan çıxarılıb. Qalstyan deyib ki, digər hərbçilərin vəziyyəti son dərəcə ağır olduğu üçün hələlik onların müalicəsinin başa çatmasından söhbət gedə bilməz. Xüsusilə də daxili orqanlarında ciddi problemləri olanlara cərrahi müdaxilə olunub. Erməni hərbçilər arasında tənəffüs, mərkəzi sinir, ürək-damar sistemində ciddi problemləri olan yaralılar var.

O əlavə edib ki, əgər Ermənistan daxilində hərbçilərin müalicəsi effekt verməzsə, onların xaricdə müalicəsi gündəmə gələ bilər.

Tarix
2016.04.16 / 00:47
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyandan Türkiyə açıqlaması: Yaxın zamanlarda...

Fidan, Bayramov və Boçorişvili İstanbulda görüşəcək

Gəmidə yaralanan azərbaycanlıların vəziyyəti... - XİN

Ümid edirəm ki, Bakıya gedəcəm - Paşinyan

Rusiya üçün kritik gün: Paşinyan qalib gəlsə, bitdi...

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla