Yuxarı

Mehriban Əliyeva tanınmış italyan aktrisası ilə görüşüb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehriban Əliyeva tanınmış italyan aktrisası ilə görüşüb

Fevralın 14-də "Üns" Yaradıcılıq Səhnəsinin təşkilatçılığı ilə tanınmış italyan aktrisası Klaudiya Kardinale ilə görüş keçirib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva görüşdə iştirak ediblər.

Görüş milyonlarla kinosevərin məhəbbətini qazanmış Klaudiya Kardinalenin məşhur filmlərdə yaratdığı rollardan fraqmentlərin nümayişi ilə başlanıb.

Kinorejissor Ayaz Salayev aktrisanın həyat və yaradıcılığı barədə tamaşaçılara məlumat verib. Görüş Klaudia Kardinale ilə müsahibə formasında davam edib.

Aktrisa 1938-ci ildə Tunisdə anadan olub. 1957-ci ildə Klaudia Kardinale ölkənin ən gözəl qadını seçilib və Venesiya kinofestivalına dəvət alib. O, Lukino Viskonti və Federiko Fellini kimi əfsanəvi rejissorların filmlərində baş rolları ifa edib. Daha sonralar isə aktrisanın İtaliya kinosunun ən məşhur simalarından olan Marçello Mastroyanni ilə çəkildiyi "Yaraşıqlı Antonio", Alen Delonla birlikdə rol aldığı "Rokko və onun qardaşları", eləcə də "Leopard", "Böyük Ayının dumanlı ulduzları", "İnteryerdə ailə portreti" kimi filmlər onu Avropa kinosunun ulduzuna çevirilib. Lakin K.Kardinale bununla kifayətlənməmiş və çəkildiyi "Çəhrayı pantera" filmi ilə Hollivudu da fəth edib.

Gecədə aktrisanın ən çox sevdiyi mahnılar ifa edilib. Sonra aktrisa tamaşaçıları maraqlandıran sualları cavablandırıb.

ÜNS-ün yaradıcısı və bədii rəhbəri Nərgiz Paşayeva Klaudia Kardinaleyə görüşdə iştirak etdiyinə görə təşəkkürünü bildirib, onun tamaşaçıların ürəyində xüsusi yer tutduğunu qeyd edib ("Publika.az").

Tarix
2014.02.15 / 00:13
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

Qız uşaqları bətndəcə məhv edilir – Təhlükə...

Bakıda var, Tiflisdə var – bəs, İrəvanda niyə yoxdur?

Ərdoğan bu torpağa ayaq basa bilməyəcək – Katz

Azərbaycan XİN Çilini təbrik etdi

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla