Yuxarı

Cəbhədə 85 mina zərərsizləşdirildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəbhədə 85 mina zərərsizləşdirildi

Cəbhəyanı kəndlərdə bu gün xeyli sayda partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) aprelin 16-da Tərtər, Goranboy, Füzuli və Tovuz rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat yayıb.

Hesabata əsasən, 16 aprel 2016-cı il tarixində Agentlik tərəfindən 85 partlamamış sursat aşkar edilərək götürülüb.

Ümumilikdə, Agentlik tərəfindən 07-16 aprel 2016-cı il tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Tovuz və Goranboy rayonlarında 260 ev və həyətyanı sahəyə, 5 ferma və əkin sahələrinə, 2 hərbi hissə, 1 kənd qəbirstanlığı, 1 kənd orta məktəbinə baxış kecirilib, 136 ədəd partlamamış hərbi sursat aşkar olunaraq, zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış minaaxtaran itlərin dəstəyi ilə xüsusi təyinatlı mobil çevik qrupları tərəfindən təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir.

Tarix
2016.04.16 / 20:59
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın Azərbaycana qarşı çıxan müşaviri istefa verir? - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla