Yuxarı

Praqada debat: Qarabağ və Donbas separatçıları “fərqlidir”?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Praqada debat: Qarabağ və Donbas separatçıları “fərqlidir”?

“Forum-2000” tədbirində iştirak üçün Praqada olan ReAL sədri Natiq Cəfərli diqqətçəkən açıqlama yayıb.

Axar.az xəbər verir ki, partiya sədri Bakıda istintaqı davam etdirilən Qarabağ separatçı-terrorçularının “siyasi məhbus” hesab edilməsinin yolverilməzliyi ilə bağlı avropalılarla müzakirə apardığını vurğulayıb.

“Tədbirdə bir neçə avropalı ilə bu mövzuda danışdım - özü də Ukrayna timsalında izah etdim (Ukrayna deyəndə, anlamağa başlayırlar). Dedim ki, Ukrayna separatçı bölgələrdə “hakimiyyətdə” təmsil olunanlara haqlı olaraq “kollabarant” deyir, onları legitim hədəf sayır, istənilən üsulla məhv edir, həbs edir - onlara nəsə deyirsinizmi?! Yox, demirsiz, çünki Ukrayna haqlıdır, separatçıların, qan tökənlərin həbsi də, məhv edilməsi də legitim addımdlr. Azərbaycan eyni addım atır-atıb, separatçıları həbs edib, indi bu məsələdə biz haqlıyıq, ya yox?! Hələ biz humanistik, ancaq həbs etmişik, Ukrayna daha sərt davranır. Bir xeyli söhbətdən sonra onların fikrini dəyişə bildik - deməli, danışmaq, izah etmək lazımdır”, - o bildirib.

N.Cəfərli bu məsələdə bütün partiyaların, qeyri-hökumət təşkilatlarının, hüquq müdafiəçilərinin birgə addımlar atmasını, bu mövzuda Avropa təşkilatlarına müraciətlər olunmasını, separatçı-terrorçularla azərbaycanlı məhbusların bir tutulmasının yolverilməzliyinin izah edilməsinin vacibliyini də vurğulayıb.

Tarix
2024.10.15 / 11:51
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla