Yuxarı

Qarabağda əməliyyat BMT qətnamələri əsasında aparılıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağda əməliyyat BMT qətnamələri əsasında aparılıb

Azərbaycan Qarabağda əməliyyatı BMT qətnamələri əsasında həyata keçirib.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan “Azatutyun” radiosuna müsahibəsində bildirib.

Onun sözlərinə görə, erməni tərəfi İkinci Qarabağ müharibəsi zamanı dünya ictimaiyyətindən istədiyi reaksiyanı almayıb.

“İkinci Qarabağ müharibəsi başlayanda çox məyus olduq, çünki dünya bu savaşa bizim istədiyimiz kimi reaksiya vermədi. Bunun səbəbi həm də legitimliyin olmaması, bizim tərəfimizdən legitimliyin olmaması idi. Azərbaycan Qarabağda azı 3-4 BMT qətnaməsinə əsaslanan əməliyyat keçirdi”, – erməni spiker etiraf edib.

Simonyan həmçinin qeyd edib ki, Ermənistana və Azərbaycana düşmən münasibət bəsləyən ölkələr sülh danışıqlarının dalana dirənməsini istəyirlər.

“Biz (İrəvan və Bakı arasındakı) sülh prosesinin dalana dirənməsinə imkan verməməliyik. Məhz Ermənistana, bəlkə də Azərbaycana düşmən münasibət bəsləyən ölkələr bunu istəyirlər”, – A.Simonyan vurğulayıb.

Siyasətçi həmçinin sülh müqaviləsinin bağlanması üzrə danışıqların “3+3” platforması çərçivəsində başa çatdırılması təklifinə toxunub:

“Düşünürəm ki, biz belə bir variantı nəzərdən keçirəcəyik, hərçənd, açığı, razılığa gəlmək üçün mövcud olmuş və ya mövcud olan formatdan başqa hər hansı başqa formata niyə ehtiyacımız olduğunu başa düşmürəm”.

Tarix
2024.10.19 / 23:28
Müəllif
Axar.az
Digər xəbərlər

Xəzər geri çəkilir: Azərbaycanı gözləyən 10 böyük təhlükə

Şövkət Mirziyayev Mikayıl Cabbarovu qəbul etdi

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

Vətən müharibəsi yeni reallıqlar yaradıb - Bayramov

Azərbaycan və Rusiya arasında sənəd imzalandı

Rusiya ilə birbaşa uçuşların bərpası planlaşdırılır

Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoydu

AZAL qəzası ilə bağlı bütün məsələlər... - Lavrov

Bayramov Moskvada "Naməlum əsgər"i ziyarət etdi

Bayramovla Lavrovun görüşü başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla