Yuxarı

Gürcüstanda seçkilərin ilkin rəsmi nəticəsi: Kim öndədir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

21:44

Gürcüstanda bu gün baş tutan seçkilərin ilkin rəsmi nəticəsi elan edilib.

Axar.az TASS-a istinadla xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Georgi Kalandarişvili brifinqdə bildirib.

Onun sözlərinə görə, bülletenlərin 97%-nin sayılmasından sonra nəticələr belədir:

- Gürcü Arzusu – 52,99%;

- Birlik – Milli Hərəkat (“Vahid Milli Hərəkat”, “Aqmaşenebeli Strategiyası”, “Avropa Gürcüstanı”) – 9,83%;

- Dəyişiklik üçün Koalisiya ("Axali", "Girçi - daha çox azadlıq", "Droa") - 11,2%;

- Güclü Gürcüstan (“Gürcüstan üçün Lelo”, “Xalq üçün”, “Azadlıq Meydanı”, “Vətəndaşlar”) - 9,02%;

- Gürcüstan üçün Qaxariya – 8,22%.

Qalan partiyalar 5%-lik baryeri keçə bilməyiblər.

Bu nəticələr Gürcü Arzusunun tam qalib gəldiyini və hökuməti təkbaşına formalaşdıracağını göstərir. Buna baxmayaraq, o, arzuladığı konstitusiya çoxluğunu əldə edə bilməyib. Bundan ötrü Gürcüstan parlamentindəki 150 yerin 113-nə sahib olmaq lazımdır. Hazırkı nəticələr isə Gürcü Arzusuna 90-91 mandat vəd edir.

Tarix
2024.10.26 / 22:52
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın Qarayusiflidə törətdiyi terrordan dörd il ötür

Tiflisdə kritik dönəm başladı: Müxalifət hərəkətə keçir

Gürcü Arzusundan nəticələrə ilk reaksiya: Narazıdır…

Ziya Məmmədov bağ evini satışa çıxardı: qiyməti... - Foto

Leyla Əliyeva çoban Xanışın ailəsi ilə görüşdü - Foto

Milanda gürcülərin növbəsi heyrətləndirdi – Video

Azərbaycanlılardan bu cür istifadə əxlaqsızlıqdır - Zurabişvili

Xoşqədəm seçkilərə müdaxilə edir - Gürcüstandan etiraz

İsrailin İranı vurmasına dünya liderlərinin reaksiyası

İsrailin İrana hücumu niyə “dağıdıcı” olmadı?

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla