Yuxarı

Bu azərbaycanlılarla bağlı əməkdaşlığa hazırıq - Quterreş

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu azərbaycanlılarla bağlı əməkdaşlığa hazırıq - Quterreş

BMT Qarabağ müharibəsində itkin düşən azərbaycanlılarla bağlı Azərbaycanla əməkdaşlığa hazırdır.

Axar.az xəbər verir ki, bunu Report-a müsahibəsində BMT-nin Baş katibi Antonio Quterreş deyib.

Onun sözlərinə görə, BMT istənilən yerdə və hər hansı səbəbdən itkin düşmüş insanların tapılması üçün tamamilə hökumətlərin ixtiyarındadır:

"İnsanların itkin düşməsi, ailələrin əziyyət çəkməsi bizi narahat edir. Odur ki, biz əməkdaşlığa uyğun olaraq, hər hansı bir səbəbdən itkin düşən insanların tapılması və ya onların taleyinə aydınlıq gətirilməsi ilə əlaqəli olan bütün məsələlərdə əməkdaşlıq etməyə hazırıq".

BMT Baş katibi Ermənistanın Azərbaycanın azad olunmuş ərazilərini minalarla çirkləndirməsi məsələsinə də münasibət bildirib:

"Bununla bağlı işlərin aparıldığını da görürsünüz. BMT-nin İnkişaf Proqramı (UNDP) aktiv şəkildə Azərbaycan hökumətini dəstəkləyir. Artıq 350 min insan bölgəni minalardan təmizləmək üçün göstərilən birgə səydən faydalanıb. Minalar, əlbəttə ki, mövcud olmamalıdır. Biz ərazilərinin minalardan təmizlənməsi üçün Azərbaycan hökumətini var gücümüzlə dəstəkləyirik. Çünki ərazisindəki minaları zərərsizləşdirmək, həmin ərazilərin təmizlənməsi insanların öz köklərinin olduğu yerlərə qayıtması və hökumətin əhalinin rifahı naminə layihələrin reallaşdırılması üçün vacibdir".

Tarix
2024.11.06 / 18:12
Müəllif
Axar.az
Digər xəbərlər

Dünyanın 25 ən böyük ordusu açıqlandı - Siyahı

Meksikanın İrandakı səfiri: İşimizi Bakıda davam etdirəcəyik

Hakan Fidan Ceyhun Bayramovla nələri müzakirə edib?

Bu ölkənin diplomatları və ailə üzvləri İrandan təxliyə olundu

İlham Əliyev raket hücumuna görə Ərdoğana zəng etdi

Pezeşkiandan yeni liderin seçilməsinə reaksiya

İlham Əliyev Xameneini təbrik etdi

İrandan Türkiyəyə atılan raketlə bağlı Bakıdan reaksiya

Bu dəhliz Bakı və İrəvanı birləşdirəcək - Leyen

Pezeşkian Azərbaycana vəd verdi, bu, önəmlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla