Yuxarı

Türkiyə heyəti COP29-da iqlim hədəflərini açıqlayacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə iki illik şəffaflıq hesabatını verdi, həm də bu gün uzunmüddətli – “2053 net-sıfır emissiya” hədəfimizi açıqlayacağıq.

Axar.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Türkiyənin ətraf-mühit, şəhərsalma və iqlim dəyişiklikləri nazirinin müavini Fatma Varank deyib.

“Əvvəlcə dost, qardaş ölkə Azərbaycanda olduğumuz üçün məmnunluğumuzu ifadə etmək istəyirəm. Ötən il Azərbaycanın COP-a ev sahibliyi edəcəyi açıqlananda ilk təbrik edən ölkələrdən idik. İqlim fəaliyyətləri çətin və dinamik bir prosesdir. Bunlar bizim üçün də, dünya üçün də, həqiqətən, böyük fəaliyyətlərdir. COP29-da Azərbaycan yetərli maaliyyə problemlərinin həlli üçün çalışmalara başlayıb. Bir il boyunca Türkiyə daim Azərbaycana dəstək oldu, həmişə də olacaq. Ümid edirəm ki, COP29 müvəffəqiyyətli olacaq. Burda veriləcək qərarlar dünyamızın xeyrinə xidmət edəcək. Qlobal isinməni 1.5 C-də saxlamağı bacara bilsək, dünyanı bizdən sonrakı nəsillərə yaşanabiləcək bir yer kimi əmanət edə bilərik, - deyə o qeyd edib.

Fatma Varank həmçinin söyləyib ki, Türkiyənin ən böyük fəaliyyəti enerji və kənd təsərrüfatı sahəsindəki hədəfləridir:

“Bu gün bu istiqamətdə hədəfləri açıqlayacağıq. Xüsusilə, bərpaolunan enerji səmərəliliyi mövzusunda vacib bir nöqtəyə gəlinib. Türkiyə şəhərsalma istiqamətində ciddi işlər aparan nadir ölkələrdən biridir. Bilirsiniz ki, biz seysmik zonadayıq, böyük zəlzələlər yaşamışıq. Bu bizim üçün, eyni zamanda, enerji səmərəliliyi ilə inşa edilən binalar deməkdir. Biz COP29-da iki illik müddətdəki təcrübələrimizi də bölüşəcəyik. Zəlzələdən sonra inşa edilən binaların enerji səmərəliliyi ilə bağlı da bir tədbirimiz olacaq. Ən böyük hədəflərimiz bunlardır".

Tarix
2024.11.11 / 15:49
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İranın vitse-prezidenti ilə görüşdü

Paşinyan Əliyevlə Kazanda görüşündən danışdı: Məmnunam

Bakı və İrəvan həll yoluna yaxındır - Paşinyan

İlham Əliyev Ruanda prezidenti ilə görüşdü

İlham Əliyev Çin baş nazirinin müavini ilə görüşdü

İtaliya parlamentinin nümayəndə heyəti MM-də

2023-cü ildə Bakı, Moskva və İrəvan buna yaxın idi, lakin...

Azərbaycanda AES tikilə bilər - MAQATE

Bakıda daha bir mühüm tədbir: Əliyev iştirak etdi - Foto

Azərbaycan və Rusiya baş nazirləri görüşdü

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla