Yuxarı

Bu rayonlara yağış yağır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu rayonlara yağış yağır

10:09

Bu gün saat 09:00-a olan məlumata əsasən bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb. Bəzi şərq rayonlarında leysan xarakterli intensiv olub.

Milli Hidrometrologiya Xidmətindən Axar.az-a bildirilib ki, düşən yağıntının miqdarı Astarada 42 mm, Lənkəranda 29 mm, Beyləqanda 20 mm, İmişlidə 12 mm, Qəbələdə 11 mm, Oğuzda 10 mm, Qubada 9 mm, Neftçalada 8 mm, Biləsuvar, Cəfərxan, Küdəmir, Sabirabad, Zərdab, Şahbuz, Mingəçevir, Qobustan, Naxçıvan, Şərur, Culfa, Ordubad, Şəki, Xaltan, Şahdağ, Tərtər, Yevlax, Bərdə, Yardımlı, Ağdamda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Şimal küləyi Bakıda və Abşeron yarımadasında arabir 15 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.

Bakı, Şərur, Şahbuz, Naxçıvan, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Zaqatala, Şəki, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Qusar, Qrız, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 6 dərəcə isti, Aran rayonlarında 9, dağlıq rayonlarda 4 dərəcə isti, yüksək dağlıq ərazilərdə 8 dərəcə şaxta qeydə alınıb.

***

Noyabrın 13-ü saat 16:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi əksər rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur. Balakən, Zaqatala, Şəki, Oğuz, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Şabran, Göyçay, Neftçala, Yardımlı, Lənkəran, Astarada arabir yağış yağır.

Şərur, Daşkəsən, Göygöl, Naftalan, Balakən, Qax, Zaqatala, Şəki, Qobustan, Lerikdə duman müşhidə olunur.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da 12, Aran rayonlarında 12, dağlıq rayonlarda 6 dərəcə isti qeydə alınıb.

Tarix
2024.11.13 / 16:49
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyada həbs edilən Ruslan Məmmədovla bağlı maraqlı fakt

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla