Yuxarı

İranın XİN rəsmisindən Bakıda Xəzərlə bağlı çağırış

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın XİN rəsmisindən Bakıda Xəzərlə bağlı çağırış

Xəzərin dayazlaşması iqlim dəyişikliyi və antropogen amillərlə bağlıdır.

Axar.az xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin Xəzər dənizi məsələləri üzrə köməkçisi Əlirza Cahangir COP29 çərçivəsində Azərbaycan pavilyonunda iqlim dəyişikliyi ilə əlaqədar Xəzər dənizinin səviyyəsinin azalmasına həsr olunmuş tədbirdə bildirib.

Onun sözlərinə görə, bu, dəniz florası və faunası, həmçinin sahilyanı ərazilərin sosial-iqtisadi inkişafı üçün təhlükə yaradır:

"Dəniz səviyyəsinin cari templə azalmasının davam etməsi dağıdıcı nəticələrə səbəb ola, kiçik körfəzlərin və su-bataqlıq ərazilərin quruması da daxil olmaqla ekoloji böhrana gətirib çıxara bilər".

O vurğulayıb ki, suyun səviyyəsində tərəddüdlərə nəzarət və su-bataqlıq ərazilərin və göllərin bərpası sahəsində beynəlxalq təcrübənin tətbiqi, həmçinin sahilyanı ərazilərin əhalisinin həyat fəaliyyətinin təmin edilməsi region ölkələri arasında əməkdaşlıq məsələlərində prioritet olmalıdır.

Tarix
2024.11.18 / 11:01
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla