Yuxarı

Nalbəndyan Sərkisyanı təkzib etdi: "Qarabağ..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nalbəndyan Sərkisyanı təkzib etdi: "Qarabağ..."

Ermənistan həmişə Qarabağ münaqişəsinin danışıqlar yolu il həllinin tərəfdarı olub.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər naziri Edvard Nalbəndyan erməni mətbuatına açıqlamasında deyib.

Ermənistan XİN başçısı iddia edib ki, İrəvanın danışıqlar prosesindən çəkilməsi iddiası Azərbaycanın arzusudur. "Bu yalandır, Ermənistan heç vaxt danışıqlar prosesini tərk etməyib. Əksinə, biz həmişə münaqişənin sülh yolu ilə həllini dəstəkləmişik", - erməni nazir bildirib. O qeyd edib ki, Ermənistan heç zaman müxtəlif səviyyəli görüşlərdən imtina etməyib.

Nalbəndyanın iddiasına görə, əgər hansısa görüş baş tutmayıbsa, bu, "Azərbaycanın günahı üzündən" baş verib. Erməni nazir deyib ki, sonuncu belə hadisə Vaşinqtonda olub, hansı ki, Azərbaycan tərəfi hətta həmsədrlərlə də görüşdən imtina edib. Bakıya yönəlik digər ittihamlar da səsləndirən E.Nalbəndyanın iddiasına görə, artıq vaxt çatıb ki, dünya birliyi Azərbaycanı konstruktiv mövqeyə gətirsin.

Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sərkisyan aprelin 24-də İrəvanda, öz iqamətgahında "Blumberq" agentliyinə müsahibəsində danışıqlardan imtinasını və indiki şərtlərdə danışıqlar prosesinə qayıtmağı planlaşdırmırmadığını elan etmişdi. Erməni prezident "Təhlükəsizlik zəmanəti olmadan Ermənistanın sülh danışıqlarına qayıtması ağlasığmazdır. Çünki indi situasiya tamamilə başqadır. Bir tərəfdən biz haradasa danışıq aparacağıq, o biri tərəfdən hərbçilər burada münaqişəni həll etməyə çalışacaqlar?" demişdi. Qısa müddətdə nə dəyişdi ki, Ermənistan XİN rəhbəri prezidentin iradəsinə zidd mövqe ortaya qoydu?

Erməni ekspertlər də Sərkisyanın Nalbəndyanı pis vəziyyətdə qoyduğunu bildirirlər. Sərkisyan Kazan görüşündə 5 rayonu işğaldan azad etməyə hazır olduğunu açıqlamaq və sülh danışıqlardan geri çəkildiyini bildirməklə Nalbəndyanı ictimaiyyət qarşısında aciz duruma salmışdı. Çünki ondan öncə Nalbəndyan tamamilə fərqli fikir bildirmişdi.

Hər halda ağla gələn iki versiya var: 1.Ermənistanın 25-26 aprel döyüşlərdə aldığı növbəti sarsıdıcı zərbə; 2. Rusiya XİN başçısı Sergey Lavrovun 26 apreldə Nalbəndiyana açdığı telelefon zəngi.

Şübhəsiz ki, Moskva İrəvana yeni təlimatlar verib. Görünən budur ki, son iki gecə Talış kəndi ətrafındakı yüksəklikləri yenidən işğal etmək üçün hərəkətə keçən, ancaq sarsıdıcı artilleriya zərbələrinə tuş gələn işğalçı ölkə Azərbaycanla döyüş meydanında bacarmadığını anlayıb "danışıqlara davam" qərarı verib.

Bütün hallarda, bir-birini təkzibləyən bu açıqlamalar sübut edir ki, Ermənistan hakimiyyətində parçalanma, idarəsizlik var. Təsadüfü deyil ki, erməni ekspertlər də Sərkisyanın hakimiyyəti idarə edə bilmədiyini iddia edirlər.

Qeyd edək ki, qeyri-rəsmi məlumata görə, ermənilər 25-26 aprel tarixindəki toqquşmalarda 17 əsgər itirib, 32 yaralısı var. Rəsmi açıqlamada isə Ermənistan 4 əsgərinin öldüyünü, 3 əsgərinin isə yaralandığını açıqlayıb.

Tarix
2016.04.27 / 22:16
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramovla Fidan Bakıda görüşdü - Foto

Prezident onları qəbul etdi - Foto

Türkiyə XİN-dən Bakının azad olunması ilə bağlı paylaşım

Bakının işğaldan azad edilməsi - XİN paylaşım etdi

Mask dəstəklədi, amma bunu yavaşlatmaq mümkün deyil!

ABŞ və Rusiya bu ölkədə savaşa girir - Ekspertdən sensasiya

Hikmət Hacıyev Fərhad Pirinççi ilə görüşdü

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla