Yuxarı

Kreml ideoloqu Lavrovun Qarabağ siyasətini faş etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kreml ideoloqu Lavrovun Qarabağ siyasətini faş etdi

Əgər Azərbaycan və Ermənistan Avrasiyaya daha çox inteqrasiya xəttini əsas tutarsa, o zaman biz (Rusiya nəzərdə tutulur – red.) münaqişənin həlli ilə bağlı fəal işə başlaya və problemin aradan qaldırılması üçün hüquqi yollar təklif edə bilərik. Ermənistan artıq Avrasiyaya doğru inteqrasiya edir, gərək Azərbaycan da bunu etsin. Yalnız o halda nəsə edə bilərik.

Axar.az "Publika.az"a istinadla xəbər verir ki, bu sözləri Kremlin ideoloqu, Rusiyada avrasiyaçılıq ideyasının banisi Aleksandr Duqin Qarabağ münaqişəsi ilə bağlı danışarkən deyib.

Duqin Qarabağda savaşın heç kimə, hətta Türkiyəyə də sərf etmədiyini, yalnız ABŞ-ın maraqlarına xidmət etdiyini açıqlayıb: "ABŞ Rusiyanı regionda daha çətin vəziyyətə salmaq niyyətindədirlər".

Kremlin ideoloqu açıq şəkildə bildirib ki, Qarabağda müharibə başlayacaqsa, Rusiya Ermənistanı müdafiə etməyəcək. Ancaq Duqin Qarabağın Rusiyanın nəzarətinə keçə biləcəyinə də işarə vurub:

"Qarabağ Azərbaycanın ərazisidir. Bunu Rusiya daxil olmaqla bütün beynəlxalq ictimaiyyət qəbul edir. Lakin reallıq başqadır. Baxın, beynəlxalq ictimaiyyət Cənubi Osetiyanı və Abxaziyanı da Gürcüstanın tərkib hissəsi kimi tanıyır. Lakin regionda Rusiyasız hərəkət etmək belə nəticələr doğura bilər. Bura Cənubi Qafqazdır və 2008-ci ildə Gürcüstanda yaşananlar Qarabağ münaqişəsi tərəflərinin gözü önündə oldu. Əgər Qarabağda müharibə başlayacaqsa, biz müdaxilə etməyə məcbur ola bilərik".

Duqin Rusiyanın Qarabağa sülhməramlı yerləşdirmək niyyətinin olmadığını iddia edib. Lakin onu da qeyd edib ki, əgər bu baş verərsə, yalnız qırğının qarşısının almağa yardım edə bilər:

"Təsəvvür edin, BMT sülhməramlıları bölgəyə gələrsə, azərbaycanlıları öz ərazilərinə qaytaracaq. Lakin bu yeni müharibənin əsasının qoyulması deməkdir. Yalnız Rusiya qoşunlarının bura yerləşdirilməsi müharibəyə son qoya bilər. Rusiya qoşunları Qarabağa yerləşərsə, əminəm ki, buradan hər kəsi çıxaracaqlar".

Duqin münaqişənin həlli və işğaldakı rayonların azad edilməsi barədə "Lavrov planı"nı manipulyasiya adlandırıb:

"Lavrov planı"nda rayonların Azərbaycana qaytarılması məsələsi sadəcə diplomatik manevrdir. Geosiyasi nöqteyi-nəzərdən Rusiya yalnız Dağlıq Qarabağda status-kvonun saxlanılmasında maraqlıdır".

Bütün bu ziddiyyətli açıqlamaların sonunda isə Duqin etiraf edib: Rusiya münaqişədə maraqlıdır.

Tarix
2016.04.29 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə XİN-dən Bakının azad olunması ilə bağlı paylaşım

Bakının işğaldan azad edilməsi - XİN paylaşım etdi

Mask dəstəklədi, amma bunu yavaşlatmaq mümkün deyil!

ABŞ və Rusiya bu ölkədə savaşa girir - Ekspertdən sensasiya

Hikmət Hacıyev Fərhad Pirinççi ilə görüşdü

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla