Yuxarı

Ərdoğandan xüsusi Qarabağ - Təlimatı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 25-də Azərbaycana səfər edən zaman onu müşayiət 30-a yaxın türkiyəli jurnalistə Qarabağla bağlı təlimat verib.

Publika.az-ın əldə etdiyi məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğan Heydər Əliyev adına Beynəlxalq Hava Limanından onun üçün nəzərdə tutulan məkana gedən zaman Türkiyədən gələn jurnalistlərlə qısa görüş keçirib.

Görüş zamanı Ərdoğan jurnalistlərə müraciət edərək deyib ki, qardaş Azərbaycan dövləti Türkiyə üçün çox əhəmiyyətlidir.

Daha sonra Ərdoğan Azərbaycanın Qarabağla bağlı haqq səsinin müdafiəsində və dünyaya çatdırılmasında türkiyəli jurnalistlərdən köməklərini əsirgəməməsini xahiş edib.

Türkiyədən gələn jurnalistlərlə söhbəti zamanı Ərdoğan deyib: "Son günlər Ermənistan Azərbaycana qarşı hərbi təxribatlara əl atır, işğalçılıq siyasəti yürüdür. Ancaq dünya mediası bunu susqunluqla qarşılayır. İstəyirəm ki, siz də Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında yaxından iştirak edəsiniz və dəstəyinizi əsirgəməyəsiniz. Bütün işlərinizdə sizlərə uğurlar arzu edirəm".

Tarix
2016.04.29 / 19:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla