Yuxarı

​Meksika səfiri Gəncəyə getdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikanın Azərbaycandakı səfiri Gəncə şəhərinə səfər edib.

Meksikanın Azərbaycandakı səfirliyindən Axar.az-a verilən məlumata görə, səfər çərçivəsində diplomat Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb.

Görüşdə icra başçısı Gəncənin zəngin tarixindən, onun qədim dövrlərdən Qafqazda vacib rolundan bəhs edib, həmçinin şəhərdə həyata keçirilən son abadlıq və yenidənqurma işlərini diqqətə çatdırıb.

R.Labardini səfirliyin açılması tarixindən, onun ölkədə həyata keçirdiyi layihə və tədbirlərdən məlumat verib. Diplomat iqtisadiyyat, mədəniyyət, turizm və digər sahələr daxil olmaqla, bir çox sahələrdə Meksika ilə Azərbaycanın regionları arasında əməkdaşlığın vacibliyini qeyd edib. Vurğulanıb ki, Meksika dünyanın 14-cü iqtisadiyyatı və 10 ən çox ziyarət olunan ölkələrdən biri olaraq müvafiq sahələr üzrə Azərbaycanla öz təcrübəsi ilə bölüşə bilər.

Bundan əlavə, səfir Azərbaycan Dövlət Aqrar Universitetini səyarət edərək prorektor Anar Hətəmovla da görüşüb. Görüşdə qeyd olunub ki, təhsil və kənd təsərrüfatı hər iki ölkə arasında əməkdaşlığın dərinləşməsi üçün vacib sahələrdir.

Tarix
2016.04.30 / 02:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla