Yuxarı

“Trendyol”un dəstəyi ilə rəsm əsərləri Türkiyədə sərgiləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması "Trеndyоl"un dəstəyi ilə azərbaycanlı gənc rəssamların əsərləri Türkiyənin ən önəmli mədəniyyət tədbirlərindən biri olan BASE 2024-də sərgilənib.

Axar.az xəbər verir ki, 27 noyabr -1 dekabr tarixlərində “Trеndyоl”un baş sponsorluğu ilə İstanbulda baş tutan sərgidə Türkiyə və Azərbaycandan olan gənc rəssamların əsərləri eyni məkanda sənətsevərlərə nümayiş etdirilib.

Azərbaycanlı gənclərin rəsm əsərləri BASE 2024-də “Qonaq ölkə Azərbaycan: Gənclərin təsviri incəsənət yaradıcılığına bir baxış” adlı xüsusi bölmədə yer alıb.

Mədəniyyət və incəsənətə verdiyi dəstəklə seçilən şirkətin məqsədi yeni məzun olmuş rəssamların fəaliyyətlərini dəstəkləmək, onlara motivasiya vermək və əl işlərini geniş auditoriyaya çatdırmaqdır.

Türkiyə universitetlərinin təsviri incəsənət fakültələrinin buraxılış sərgisi kimi tanınan BASE bu il Azərbaycandan olan 14 gənc rəssamın əsərinə ev sahibliyi edib.

Onların arasında Fatimə Babazadə, Fidan Əbilova, Fidan Cəfərli, Fidan Nazimqızı, Hüseyn Cəlil, İlham Salehli, Jalə Əzizova, Kəfiya Eyvazova, Nəzrin Mütəllifli, Nigar Süleymanova, Rəvan Cabbarlı, Rüqiyyə Əlili, Şafiq Osmanov və Ülviyyə Nəbizadənin əsərləri nümayiş olunub. Rəssamlar rəngkarlıqdan fotoqrafiyaya, naxışdan toxuculuğa qədər müxtəlif istiqamətlərdə öz əsərlərini təqdim ediblər.

Trеndyоl texnologiyanın gücündən istifadə edərək digər sahələrdə olduğu kimi, mədəniyyət və incəsənət sahəsində də müsbət təsir yaratmağı hədəfləyir. “Trеndyоl”un mədəniyyət sahəsində önəmli layihələrindən olan “Trеndyоl Sənət” Türkiyənin hər yerindən sənətsevərlərin əsərlərini bir araya gətirir. Layihə virtual dünyanın yaratdığı fürsətlərdən istifadə edərək sənətkarların zaman və məkandan asılı olmayaraq sənətə çıxışını təmin edir. Bu layihə ilə platforma 150-dən çox rəssam və 1000-ə yaxın sənət əsərini geniş auditoriyaya təqdim edir.

"Trеndyоl" artıq üçüncü ildir ki, BASE sərgisinə sponsorluq edir.

Tarix
2024.12.06 / 18:25
Müəllif
Axar.az
Digər xəbərlər

İsrail İranı, görün, necə yuxuya verib - Gizli iclas

Tramp niyə İrana zərbəyə razı oldu?

Gürcüstanın daxili işlər naziri Azərbaycana gəldi

Azərbaycanın uğurları Heydər Əliyev siyasi irsinin təntənəsidir

Ermənistanı özünə dost tutan İran... - Politoloq

Azərbaycan qırıcıları İranla sərhəddə uçuşlar edib? – Rəsmi

İqtisadi artıma büdcə siyasətinin təsirləri artmaqdadır...

Bu, İrana müharibə elanıdır – Tehran nəyi seçəcək?

Pis xəbər - müharibə, yaxşı xəbər - Zəngəzur... - Zülfüqarov

İkinci xəritə yayıldı: Bu ərazilər də Azərbaycana qaytarılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla